Qətərə 13 şərt və 10 gün müddət
Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn İyun ayından bu yana diplomatik əlaqələri kəsdikləri Qətərə bir tələb siyahısı təqdim ediblər.
Körfəzdə baş verən Qətər böhranında vasitəçi rolunu oynayan Küveyt, Ərəb ölkələrinin 13 maddəlik tələb siyahısını Qətərə çatdırıb. Qəbul edilməsi üçün Qətərə 10 gün vaxt verilən siyahıda İranla münasibətlərin kəsilməsi və Türkiyənin Qətərdəki hərbi mövcudluğunun dayandırılması kimi tələblər də var.
"Marja" xəbər verir ki, Qətərə təqdim edilən tələblər bu şəkildədir:
1. İranla diplomatik əlaqələri kəs və İrandakı ofislərini bağla. İran İnqilab Mühafizəçiləri üzvlərini Qətərdən geri qaytar. İranla hərbi əməkdaşlığı dayandır. İranla ticarətdə ABŞ sanksiyalarına riayət et.
2. Müsəlman Qardaşları, İŞİD, Əl-Qaidə və Livan Hizbullahı kimi terrorçu təşkilatlarla əlaqəni bitir. Rəsmi olaraq bu strukturları terrorçu elan et.
3. Al-Jazeera-ni və əlaqəli stansiyalarını bağla.
4. Arabi 21, Rassd, Al Arabiya Al-Jadeed və Middle East Eye da daxil olmaqla, birbaşa və ya dolayı yolla Qətərin maliyyəsi ilə işləyən media orqanlarını bağla.
5. Türkiyənin Qətərdəki hərbi varlığını dərhal ləğv et. Qətər torpağında Türkiyəylə hərbi əməkdaşlığı dayandır.
6. Səudiyyə Ərəbistanı, BƏƏ, Misir, Bəhreyn, ABŞ, Kanada və digər ölkələr tərəfindən terrorçu elan edilmiş adamlara, qruplara və təşkilatlara hər cür yardımı kəs.
7. Səudiyyə Ərəbistanı, BƏƏ, Misir və Bəhreyn tərəfindən axtarılan terrorçuları təslim et. Sərvətlərini dondur. Hərəkətləri və maliyyə vəziyyətləri ilə bağlı istənilən məlumatları paylaş.
8. Başqa ölkələrin daxili işlərinə qarışmağı dayandır. Səudiyyə Ərəbistanı, BƏƏ, Misir və Bəhreyn vətəndaşlarına Qətər vətəndaşlığı vermə. Qətər vətəndaşlığı olanların öz ölkələrinin qanunlarını pozmaları vəziyyətində pasportlarını ləğv et.
9. Səudiyyə Ərəbistanı, BƏƏ, Misir və Bəhreyndəki müxalif qruplarla bütün əlaqələri kəs. Qətərin bu qruplarla əvvəlki münasibətləri və bu qruplara verdiyi dəstəyin bütün sənədlərini təqdin et.
10. Qətərin siyasətləri səbəbiylə son illərdə baş verən can və mal itkiləri üçün təzminat ödə. Təzminat miqdarı daha sonra Qətərlə birlikdə müəyyənləşdirəcək.
11. Hərbi, siyasi, sosial və iqtisadi olaraq digər Körfəz və Ərəb ölkələrilə 2014-cü ildə Səudiyyə Ərəbistanda təyin olunan xəttə qayıt.
12. Bütün tələblər Qətərə çatdıqdan sonra 10 gün ərzində qəbul edilməzsə, tələb siyahısı etibarsız olacaq. Bu sənəd, Qətərin tələbləri qəbul etməməsi vəziyyətində ölkələrin nə edəcəyini açıqlamır.
13.Tələblərin qəbulundan sonra ilk il üçün aylıq nəzarətlərə razı ol. İkinci ildə hər rübdə, sonrakı 10 ildə isə illik nəzarətləri qəbul et.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 1 gün sonra
-
-
1 saat əvvəl
Altıağac–Xızı yolunda sürüşmənin fəsadları aradan qaldırılır
-
1 saat əvvəl
ING: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ÜDM-in 10 %-ni təşkil edə bilər
-
1 saat əvvəl
Tramp İranı yenidən hədələdi - “Hər şeyi iki günə məhv edə bilərik"
-
1 saat əvvəl
Mayın 17-18-də Bakıda və Abşeron yarımadasında yağış yağacaq - XƏBƏRDARLIQ
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 4 saat əvvəl
-
20 saat əvvəl
Dünyanın ikinci ən böyük şəkər istehsalçısı ixracını dayandırdı - ŞƏKƏR TOZU DAHA DA BAHALAŞA BİLƏR
- 20 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 29 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
5 şirkətin müşahidə şurası seçiləcək
İsmayıllı-Lahıc yolunda sürüşmə olub, yol bağlanıb
Ən çox oxunanlar
Dünyanın ikinci ən böyük şəkər istehsalçısı ixracını dayandırdı - ŞƏKƏR TOZU DAHA DA BAHALAŞA BİLƏR
Baku Electronics-də yaz fürsətləri davam edir!
“Rabitəbank” “GARMIN PAY” təmassız ödəniş həllini istifadəyə verdi
Azercell “Baku Flames”in texnologiya və innovasiya tərəfdaşıdır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Rayonlarda mayın 16-dan 18-dək hava yağıntılı olacaq - XƏBƏRDARLIQ
Kirayə qiymətinə mənzil təklifi – Aylıq ödəniş 420 manatdan başlayır






.jpg)











.jpg)


