"Kredit götürməkdə çətinliklər sahibkarlardan qaynaqlanır"
Azərbaycanda mikromaliyyə strategiyası hazırlanır.Azərbaycan Mərkəzi Bankının və Asiya İnkişaf Bankının texniki dəstəyi ilə mikromaliyyə strategiyası hazırlanır.
Bu barədə "Azərbaycan Mikromaliyyə Assosiasiyası" (AMFA) İctimai Birliyinin İdarə Heyətinin sədri Cəlal Əliyev məlumat verib.
"Strategiyanın hazırlanmasına AMFA da cəlb edilib", - deyə o, qeyd edib.
Bundan başqa, C.Əliyevin sözlərinə görə, rəhbərlik etdiyi qurum iyulun 29-da Türkiyənin İstanbul şəhərində mikromaliyyə konfransında iştirak edib, kreditorlarla görüş keçirib:
"Devalvasiyadan sonra təbii olaraq onların sayı azalmışdı. Kreditorlara Azərbaycanda fəaliyyətlərini yenidən gücləndirməklə bağlı təkliflər verdik. Hazırda gənc sahibkarların dəstəklənməsinə dair layihə həyata keçiririk. Layihəni Avropa İttifaqı maliyyələşdirir. Bu çərçivədə Bakı, Gəncə, Qəbələ, Mingəçevir, Xaçmaz, Qax, Zaqatala və Masallı rayonlarında gənc sahibkarlara 2 günlük təlim təşkil olunub. Təlimlərdə 146 iştirakçı olub. Bu layihə çərçivəsində iştirakçılara maliyyə savadlılığı ilə bağlı təlimlər keçmək üçün 96 təlimçi akkreditə olunub. Eyni zamanda, pandemiya zamanı azalmış gəlirlərin bərpa edilməsi, sahibkarların maliyyə vəziyyətinin sağlamlaşdırılması ilə bağlı vebinar da keçirilib”.
AMFA sədri Azərbaycanda mikrokredit almağın çətin olması barədə iddialara da münasibət bildirib:
"Maliyyə institutları kredit verilməsinə məhdudiyyət tətbiq etmir. Bankların və bank olmayan kredit təşkilatlarının (BOKT) regionlarda kifayət qədər filialı var. Düzdür, bəzən sahibkarlar kredit götürməkdə olan çətinliklərlə bağlı fikirlər səsləndirir. Amma bu problemi kredit təşkilatları yaratmır. Əsas çətinlik sahibkarların şəffaflığı təmin etməməsidir. Sahibkar vergi qeydiyyatında olmalı, sahibkarlıq fəaliyəti ilə bağlı vergi orqanlarına gəlirlərin və xərclərin dəqiq əks olunduğu hesabat verməlidir. Sahibkarın götürmək istədiyi kredit istehlak təyinatlı olsa belə, onun gəlirlərinin mənbəyi identifikasiya olunmalıdır. Bu zaman görürsən ki, onun fəaliyyəti sahibkarlıq fəaliyyəti kimi qeydiyyatda deyil. Kredit götürməkdə başqa bir problem isə həddən artıq borclanma məsələsi ola bilər. Bəzən vətəndaşlar kredit götürmək üçün müraciət edir və baxıb görürsən ki, bu şəxsin adında 3-5 krediti və yaxud kredit kartı var. Həmin şəxsin əlavə yüklənməməsi, kreditinin ödənişində problemin yaranmaması üçün kredit verilməsindən imtina halları olur. Bu cür hallar istisna olmaqla ölkədə maliyyə əlçatanlığı ilə bağlı problem yoxdur".
Onun sözlərinə görə, son illər ölkəmizdə həm bank, həm BOKT-larda faiz dərəcələrinin azalması tendensiyası gedir:
"Artıq iri kreditlərin faizləri 13 %-ə qədər endirilib. Kiçik kreditlər üçün də əvvəl illik faiz dərəcəsi 36 % ətrafında idisə, indi 20-24 %-ə düşüb. Başqa dövlətlərdə faiz dərəcələrinin artması trendi olsa da, Azərbaycanda əksinədir. Bu gün maliyyə institutlarının likvidliyi var. Likvidliyi olan maliyyə institutu bu likvidliyi gəlir gətirən aktivlərə çevirməkdə maraqlı olar. Ona görə də kreditləşməyə uyğun olan subyektlərə kredit verməkdən imtina etməz. Yetər ki, kreditləşmə üçün şərtlər uyğun olsun”.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
1 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Samir Rzayev: Naxçıvan reyslərində dəyişikliklər uçuş təhlükəsizliyi nəzərə alınaraq keçirilir
- 4 saat əvvəl
-
4 saat əvvəl
Rusiya AZAL təyyarəsinin vurulması ilə bağlı yaxın zamanda kompensasiya köçürəcək
-
4 saat əvvəl
15 il əvvəl bazardan çəkilmişdi, 100 yeni restoranla geri qayıdır
-
5 saat əvvəl
2 milyard 428 milyon dollarlıq ixracla Türkiyə tarixinin gündəlik ixrac rekordu yenilənib
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
12 saat əvvəl
Ödənişlər qeyri-həyat sığortası üzrə 17 %-dən çox, icbari sığortalar üzrə 21 %-dən çox artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
ABŞ və İran atəşkəsin 60 gün uzadılmasını müzakirə edir
Ən çox oxunanlar
Ödənişlər qeyri-həyat sığortası üzrə 17 %-dən çox, icbari sığortalar üzrə 21 %-dən çox artıb
Azərbaycana düyü idxalı 18,3% azalıb
Bakının 64 yaşayış məntəqəsinin kanalizasiya sistemi qurulacaq, 30 əsas küçə və prospektində yeni kollektorlar inşa ediləcək
Azərbaycan neftinin son qiyməti
Mayın 24-nə olan hava proqnozu - 28 dərəcəyədək isti olacaq
“Finex Kredit” BOKT-da ciddi azalmalar baş verib, 1 milyon 373 min manat zərərə düşüb






.jpg)










.jpg)








