Layihə dəyəri 18 milyon manatdır, hazırda 200-ə yaxın daimi işçi çalışır
Aqroparkların yaradılması aqrar sahədə inkişafı sürətləndirməklə bərabər, ixracyönümlü məhsulların sayının artmasında və ölkənin ixrac potensialının güclənməsində əhəmiyyətli rol oynayır. Belə aqroparklardan biri də “Ağsu Aqropark”dır.
Ağsunun Çiyni kəndində ümumi ərazisi 1843 hektar olan aqroparkda yem və toxum zavodu, əkinçilik sahəsi, heyvandarlıq kompleksi fəaliyyət göstərir. Layihə dəyəri 18 milyon manat olan aqroparkda hazırda 200-ə yaxın daimi işçi çalışır.
Aqroparkda ümumilikdə 2200 baş iribuynuzlu südlük və ətlik heyvan bəslənilir. İl ərzində müəssisədə 4 milyon litr süd istehsalı proqnozlaşdırılır. Həmçinin əkinçilik üzrə ixtisaslaşan aqroparkın əkin sahələrində qarğıdalı, arpa, buğda, noxud, həmçinin yonca, vələmir kimi yem bitkiləri əkilib.
“Ağsu Aqropark”ın icraçı direktoru Atababa İsayevin sözlərinə görə, 2021-ci ildə aqroparkda 2584 ton arpa, 3143 ton buğda, 4963 ton silos qarğıdalı, 1395 ton dən qarğıdalı, 444 ton yonca, 2838 ton süd və 66 ton ət istehsal edilib. Cari ilin ötən dövründə aqroparkda 1389 ton süd, 143,7 ton ət, 2583,7 ton arpa, 3142,5 ton buğda yığılıb.
Aqroparkda 5 nasosxana və 6 artezian quyusu istifadəyə verilib, 800 hektar sahədə yüksək standartlara cavab verən pivot suvarma sistemləri qurulub. Əkinçilikdə növbəlilik sistemi tətbiq edilir. Həmçinin toplanılan silosun saxlanılması məqsədilə ərazidə 16 min tonluq beton silos quyuları və 13 min 500 kubmetr taxılsaxlama anbarları tikilib. Burada saatda 5 ton yem istehsal edən, avadanlığı Türkiyədən gətirilən zavod istifadəyə verilib. Həmçinin müəssisənin ərazisində toxumçuluq təsərrüfatı da fəaliyyət göstərir. Toxumçuluq təsərrüfatı il ərzində 10 min ton toxum təmizləmək gücünə malikdir. Müəssisədə 38 traktor və kombayn, 133 digər kənd təsərrüfat texnikasından ibarət nəqliyyat-texnika parkı yaradılıb. “Ağsu Aqropark”ın məhsulları daxili bazarın tələbatının ödənilməsinə yönəldilir.
Qeyd edək ki, Prezident İlham Əliyev avqustun 12-də Ağsu rayonunda “Ağsu Aqropark” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti ilə tanış olub.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© Azərtac
Müştərilərin xəbərləri
"PAŞA Həyat" "Chenot Palace Gabala" ilə tərəfdaşlıq çərçivəsində müştərilərin sağlamlığına fokusunu gücləndirir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Eldar Əzizov: Güclü yağışlarla mübarizə üçün Bakıda islahatlara ehtiyac var
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
5 saat əvvəl
Neft-qaz sektoruna daxil olan malların ixracı 536 milyon dollar azalıb
-
5 saat əvvəl
Azərbaycan xaricdən əti daha baha alıb - İdxalın miqdarı azalıb, dəyəri isə artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"İnvestAZ" ADPU Quba filialında seminar keçirib
Nazir Nəbiyev Dünya Bankının nümayəndə heyəti ilə görüşüb
Ən çox oxunanlar
Kreditinizi Birbank-a gətirin, 6%-dək endirim qazanın
Tanınmış supermarketlər şəbəkəsinin Ağcabədidə filialı açılıb
Bakı-Tbilisi-Bakı biletləri ilə bağlı yaxın saatlarda ictimaiyyətə məlumat veriləcək
Bu bank pulunuza illik 12% gəlir təklif edir
Mayın 20-nə olan hava proqnozu - 28° isti gözlənilir
"Grand-Agro" Azərbaycanın zeytun potensialını Madriddə təqdim edib






.jpg)






.jpg)









