Daha bir dövlət şirkəti zərər açıqladı
“Azərxalça” ASC 2020-ci ili 3 milyon 283 min manat zərələ başa vurub.
Səhmdar cəmiyyətinin maliyyə hesabatına görə, bu, 2019-cu illə müqayisədə 38,5% azdır.
Bununla belə, şirkətin yığılmış zərəri 36% artaraq 13 milyon 839 min manata çatıb.
2020-ci ildə “Azərxalça”nın satışdan gəlirləri 5 milyon 142 min manat (2019-cu ilə nisbətən 16,6 dəfə çox), satışının maya dəyəri 4,59 milyon manat (12 dəfə çox), sair gəlirləri 1 milyon 146 min manat (əvvəlki il olmayıb), inzibati və əməliyyat xərcləri 5 milyon 89 min manat (0,5% az), xarici valyuta əməliyyatlarından xalis gəlirləri isə 109 min manat (əvvəlki il zərər olub) təşkil edib.
2021-ci il yanvarın 1-nə “Azərxalça”nın aktivləri 107,004 milyon manat olub ki, bu da illik müqayisədə 0,5% azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 62,9% artaraq 1,041 milyon manata çatıb, balans kapitalı isə 0,9% azalaraq 105,963 milyon manata düşüb.
Xatırladaq ki, “Azərxalça” ölkə prezidentinin sərəncamı ilə 5 may 2016-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 15 milyon manatdır. 100% dövlətə məxsus olan səhmdar cəmiyyəti ölkədə xalça və xalça məmulatlarının istehsalını, ixracını, onların ölkə daxilində və xaricdə satışının təşkilini, xalça və xalça məmulatlarının istehsalında yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir.
Telegramda Marja.az səhifəsinə abunə olun
“Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
10 d. əvvəl
Azərbaycandan tranzit keçməklə Ermənistana taxıl və gübrə göndəriləcək
-
10 d. əvvəl
Qurban bayramı və Müstəqillik günü ilə əlaqədar 5 gün ardıcıl qeyri-iş günü olacaq
-
26 d. əvvəl
"Neftin qiyməti 140–150 dollar səviyyələrinə qədər yüksələ bilər"
- 32 d. əvvəl
- 57 d. əvvəl
- 59 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 13 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
“AzInTelecom” tərəfindən 68 minə yaxın IMEI kod bloklanıb
Azərbaycan neftinin son qiyməti
Dövlət şirkəti indiyədək 572 min unsiya qızıl və 1,1 milyon unsiya gümüş satıb, 2 milyard manatdan çox gəlir əldə edib
Ən çox oxunanlar
3 gün ardıcıl qeyri-iş günü olacaq
Tramp: “İran təslim olmaq məcburiyyətindədir”
Rəsmi məzənnələr açıqlandı
Neft kəskin bahalaşıb - QİYMƏTİ 126 DOLLARI DA KEÇİB






.jpg)








.jpg)








