Bank yeni Bravo-4 filialını istifadəyə verdi
(®) Kapital Bank müştəri xidmətinin inkişafı istiqamətində mütəmadi olaraq yeni layihələr həyata keçirir. Yeni konsepsiya əsasında təqdim edilən filial, Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi 5 ünvanında olan Bravo marketdə (8-ci mikrorayon) yerləşir. Filial həftənin bütün günləri saat 10:00-dan 19:00-dək fəaliyyət göstərir. Artıq müştərilər yeni filialda müasir bank xidmətlərindən istifadə edə bilərlər.
Kapital Bank-ın Bravo-4 filialı, müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair bank xidmətlərini təklif edir. Yeni filial müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün bütün zəruri şəraitə və imkanlara malikdir.
Qeyd edək ki, Kapital Bank 2015-ci ildən etibarən Bakı və regionlarda həyata keçirdiyi filial şəbəkəsinin transformasiyası prosesini hazırda da davam etdirməkdədir. Ötən illər ərzində 60-dan çox filialda əsaslı təmir və yerdəyişmə prosesi həyata keçirilib, 30-dan çox yeni filial və şöbə istifadəyə verilib. Transformasiya layihəsinin davamı olaraq cari ildə bir sıra şəhər və region filiallarının əsaslı təmir olunması, yeni filial və şöbələrin açılması planlaşdırılır.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 108 filialı və 24 şöbəsi ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 23 saat sonra
-
12 d. əvvəl
Azercell-in dəstəyi ilə “Azərbaycan Biznes Keys Müsabiqəsi 2026” baş tutub
-
-
21 d. əvvəl
Bakcell-in baş icraçı direktoru Klaus Müller vəzifəsindən ayrılıb
- 42 d. əvvəl
- 55 d. əvvəl
-
1 saat əvvəl
"VTB (Azərbaycan)" böyüyüb - kredit və depozit portfelləri artıb
-
1 saat əvvəl
Unibank 1-ci rübün maliyyə nəticələrini açıqladı - "Bu il bankımız üçün transformasiya ilidir"
-
2 saat əvvəl
"NEQSOL Holding"in şirkətləri Azərbaycanda ən iri vergi ödəyiciləri sırasında
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Bakcell-in baş icraçı direktoru Klaus Müller vəzifəsindən ayrılıb
"VTB (Azərbaycan)" böyüyüb - kredit və depozit portfelləri artıb
"AccessBank" 13 milyon manata yaxın xalis mənfəət açıqladı
Ən çox oxunanlar
Unicapital ilə PAŞA Bank səhmlərinə investisiya edin
Aprelin 15-də gözlənilən hava şəraiti
Bank omayan kredit təşkilatı mənfəətdən zərərə keçib





.jpg)







.jpg)







