PAŞA Holding Şuşanın dirçəlişinə töhfə verməyə davam edir - VİDEO
Ölkənin aparıcı holdiqlərindən olaraq PAŞA Holding ilk gündən Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərinin bərpası və yenidən qurulması, eləcə də sözügedən ərazilərdə dayanıqlı iqtisadiyyatın formalaşmasına töhfə vermək niyyəti və fəaliyyəti ilə fərqlənir.
Belə ki, hazırda PAŞA Holding və onun maliyyə törəmə şirkətləri Heydər Əliyev Fondu tərəfindən icra olunan 3 layihənin icrasına dəstək göstərir. Bu layihələr çərçivəsində Şuşa şəhərində yerləşən infrastruktur nümunələrinin də bərpası və konservasiyası nəzərdə tutulub.
“PAŞA Holding-in dəstəyi ilə Heydər Əliyev Fondu tərəfindən Şuşa şəhərində icra olunan layihələr əsasən iki istiqaməti əhatə edir. Bu mövcud infrastruktur obyektlərinin bərpası, eləcə də yeni infrastruktur obyektlərinin layihələndirilməsi istiqamətləridir. Mövcud infrastruktur obyektlərinin bərpası çərçivəsində Yuxarı Gövhər Ağa, Aşağı Gövhər Ağa məscidləri və Saatlı məscidinin bərpası nəzərdə tutulub. Yeni infrastruktur obyektlərinin layihələndirilməsinə gəlincə, burada Şuşada yeni məscidin və Zəfər parkının layihələndirilməsi və ümumi mühəndislik işləri planlaşdırılır", - PAŞA Holding-in Korporativ kommunikasiyalar üzrə baş mütəxəssisi Aytac Muxtarzadə bildirib.
Qeyd olunan obyeklərin Həm bərpası həm də layihələndirilməsi istiqamətində bir sıra əhəmiyyətli işlər görülüb. Ümumilikdə Şuşa şəhərində aparılan bərpa proseslərinin 2024-cü ildə tamamlanması planlaşdırılır.
Müştərilərin xəbərləri
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 3 gün sonra
-
31 d. əvvəl
“Gəncə Cihazqayırma Zavodu”nda dividend və borc məsələləri müzakirə olunacaq
-
-
1 saat əvvəl
Azərbaycanda balıqçılıq müəssisələri AKİA-nın xətti ilə güzəştli kredit ala biləcək
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Danimarkanın əczaçılıq şirkətinin Azərbaycanda fəaliyyəti müzakirə olunub
-
2 saat əvvəl
Azərbaycan şirkəti Rusiyada aqropark yaradacaq - 3,4 MİLYONLUQ MÜQAVİLƏ İMZALANIB
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 5 GÜN
Azərbaycanda bağçılıq subsidiyası veriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Bakcell yeni baş icraçı direktor təyinatını elan edib
"Caspian Motor-Show" bu il “Sea Breeze”də keçiriləcək
Xərcləmədən də mil qazanmaq mümkündür: “Miles&Smiles PAŞA Bank” kartlarında yeni funksionallıq
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
Nazirə yeni müşavir təyin edilib


























