Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisi yekunlaşır

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində dövlətimizin başçısının tapşırığı ilə icra olunan mühüm yol infrastrukturu layihələrindən biri də Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisidir.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.
AAYDA tərəfindən aparılan tikinti işləri yekunlaşmaq üzrədir.
Hazırda layihə üzrə işlər son yekunlaşdırma mərhələsindədir.
“İnşaat Norma və Qaydaları”na uyğun olaraq torpaq işləri bitən ərazilərdə yol geyimi inşa edilir, asfalt-beton örtüyü döşənir, yol çiyinləri bərkidilir. Asfaltlanma işləri yekunlaşan hissələrdə isə artıq üfüqi nişanlanma xətləri çəkilir, zəruri yerlərdə yol nişanları və mühafizə səddi (əyri-xətli dəmir tirlər, monolit dəmir-beton) quraşdırılır.
Çətin relyefə malik olan ərazidən keçən yol boyunca layihəyə uyğun müxtəlif süni qurğuların tikintisi də icra olunub. Belə ki, zəruri yerlərdə beton küvetlər tikilib, 17 yerdə müxtəlif diametrli dairəvi suötürücü boru, 36 yerdə müxtəlif diametrli plastik boru quraşdırılıb, uzunluğu 149.5 metr, eni 13.5 metr təşkil edən 4 aşırımlı avtomobil körpüsü inşa edilib.
Avtomobil yolunun tikintisi zamanı 7.3 milyon kub metr həcmində qazma-tökmə işləri, 1.3 milyon kub metr həcmində qaya partlatma işləri yerinə yetirilib. Bütün inşaat işləri tərtib olunmuş qrafikə uyğun və texnoloji ardıcıllığa riayət olunmaqla AAYDA-nın rəhbərliyinin nəzarəti altında həyata keçirilir.
Yeni avtomobil yolu layihəsinin yaxın günlərdə yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.
Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolununun tikintisinə 2021-ci ilin iyul ayında başlanılıb. Yolun ümumi uzunluğu 32 km təşkil edir (bundan 10 km Ermənistan ərazisində yerləşir) və III texniki dərəcəyə uyğun layihələndirilib. Yoxuşlarda 3, digər hissələrdə 2 hərəkət zolaqlı olan yolun layihə üzrə hərəkət hissəsinin eni 7-10.5 metr, torpaq yatağının eni 12-15 metr, çiyin hissələrin eni isə 2x2.5 (5 m) metr təşkil edir.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

Azərbaycan kapital bazarında bir ilk: Unicapital EBRD-nin üzən faizli istiqrazlarının anderrayteri oldu
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 21 d. əvvəl
-
-
26 d. əvvəl
Azərbaycan sahibkarları Efiopiyaya biznes missiyaya hazırlaşır
- 8 saat əvvəl
-
14 saat əvvəl
İsrail Reebok-ı məhkəməyə verməklə hədələdi, şirkət geri addım atdı
-
14 saat əvvəl
Yuan və Avstraliya dollarının qlobal ehtiyatlarda payı artıb, dolların payı azalıb
- 15 saat əvvəl
-
15 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmiryolu ilə yükdaşımalarla bağlı Anlaşma Memorandumu imzalanıb
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
16 saat əvvəl
"Ticarət Şəbəkələrinin İnkişafı" ictimai birliyinin İdarə heyətinin yeni tərkibi və Sədri seçilib
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Dövriyyədə olan nağd pul və bank ehtiyatları artıb

Azərbaycan sahibkarları Efiopiyaya biznes missiyaya hazırlaşır

Əliyev Danimarkada səfərdədir, ziyafətdə iştirak edib

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

Gəncə Avtomobil Zavodu 80 kommunal və yanğınsöndürmə texnikasının tədarükünə dair razılığa gəldi - MİNSKDƏ MÜQAVİLƏ İMZALANIB

"Ticarət Şəbəkələrinin İnkişafı" ictimai birliyinin İdarə heyətinin yeni tərkibi və Sədri seçilib

Avropa Yenidənqurma və İnkişaf Bankının manat istiqrazlarına 12 investor 12 sifariş təqdim edib

Azərbaycanda yeni tikilən hündürmərtəbəli binaların istismar müddəti azı 100 il olmalıdır - QƏRAR

Kolleclərə yeni təyinatlar olub
