PAŞA Sığorta-dan növbəti rəqəmsal addım - “PASHA Insurance” mobil əlavəsi! - VİDEO
(®) Son aylarda müştəri rahatlığı üçün bir neçə dijital platforma təqdim edən PAŞA Sığorta yeni mobil əlavəsini təqdim edir.
Sığortanın təqdim etdiyi imkanlardan istənilən hər yerdə rahat faydalana bilmək üçün mobil əlavə müştəri tələblərinə uyğun olaraq müasir funksionallıqlar əsasında hazırlanıb.
Mobil əlavə vasitəsilə aktiv sığorta şəhadətnaməsi və müqaviləsini görmək, həkim müayinəsinə onlayn qeydiyyat və tarixçələri izləmək, onlayn ödəniş qrafikini görmək, ödənilmiş və qalıq borc məbləğini izləmək, baş vermiş sığorta hadisəsi haqqında məlumat almaq, bonus və kampaniyalar haqqında ətraflı məlumat əldə etmək, hadisə yerindən şəkillər göndərməklə sığorta hadisəsi bildirmək, şikayət və təkliflərinizi asanlıqla bildirmək və bu kimi bir çox funksionallıqlardan yararlanmaq mümkündür.
İstifadəçi yönümlü dizaynı ilə fərqlənən “PASHA Insurance” mobil əlavəsini App Store (https://apple.co/3MXbb8J) və Google Play (https://bit.ly/3MP99Hx) platformalarından ödənişsiz olaraq yükləmək mümkündür.
"PAŞA Holding" qrupunun üzvü olan "PAŞA Sığorta" 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB", reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 3 gün sonra
-
10 d. əvvəl
Tramp: Neft tankerləri Hörmüz boğazından keçməyə başlayıblar
-
- 1 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
"Auto Azərbaycan"dan intellektual addım: Müştərilər arasında şahmat turniri keçirildi
-
5 saat əvvəl
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
-
7 saat əvvəl
Azərbaycan: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmanı alqışlayırıq
- 7 saat əvvəl
-
8 saat əvvəl
Ermənistana Azərbaycandan keçməklə 7 vaqon buğda göndəriləcək
-
8 saat əvvəl
Moody's ABB-nin depozit reytinqlərini təsdiqləyib, proqnoz stabil olaraq qalır
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Tramp: Neft tankerləri Hörmüz boğazından keçməyə başlayıblar
İyunun 16-dan “Bonus-Malus” sistemi ləğv edilir
"Auto Azərbaycan"dan intellektual addım: Müştərilər arasında şahmat turniri keçirildi
İyunun 16-da gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Ermənistana Azərbaycandan keçməklə 7 vaqon buğda göndəriləcək
Hörmüzdə nəqliyyatın normallaşması aylar çəkə bilər
İsveçrə "10 milyonluq ölkə" limitinə "yox" deyib
Mis qiymətləri ABŞ-İran razılaşması fonunda yüksəldi
Bizneslər üçün şans - Ulduzlu qısa nömrələr pulsuz aktivləşdiriləcək
























