Ödəniş nağd olduqda daha az ƏDV qaytarıla bilər - 10%-dən 5%-ə...
Hazırda Dövlət Vergi Xidməti Vergi Məcəlləsində dəyişiklikləri nəzərdə tutan paketin müvafiq dövlət və özəl qurumları ilə müzakirəsini həyata keçirir.
Marja.az xəbər verir ki, təklif edilən dəyişikliyə görə, “ƏDV geri al” üzrə qaytarılan məbləğ ödəniş nağdsız qaydada olduqda hazırkı 15%-dən 20%-ə qaldırılır, ödəniş nağd qaydada olduqda hazırkı 10%-dən 5%-ə endirilir.
“ƏDV geri al” üzrə ƏDV-nin müəyyən faizinin geri qaytarılması Vergi Məcəlləsinin 165.5-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), habelə tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin qaytarılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ nağdsız qaydada ödənilmiş ƏDV-nin 15 faizini, nağd qaydada ödənilmiş ƏDV-nin 10 faizini təşkil edir.
1 yanvar 2023-cü ildən Vergi Məcəlləsində edilməsi nəzərdə tutulan dəyişikliklərdə geri qaytarılan ƏDV faizlərinə xidmətlərin çeşidləri üzrə fərqli yanaşmanın tətbiq edilməsi nəzərdə tutulur. Dəyişikliyə əsasən, nağdsız və nağd qaydada ödənişlər üzrə faiz dərəcələri aşağıdakı kimi təklif olunur:
-nağdsız qaydada ödənilmiş ƏDV-nin 20 faizi (hal-hazırda 15 faizi);
-nağd qaydada ödənilmiş ƏDV-nin 5 faizi (hal-hazırda 10 faizi).
-Göründüyü kimi, Vergi Məcəlləsində təklif edilən dəyişikliklərdə nağdsız ödənişin stimullaşdırılması nəzərdə tutulur, bu zaman ödənilən ƏDV-üzrə qaytarılma faizi artırılır, əvəzində nağd ödənilmiş ƏDV-nin faizi aşağı endirilir.
Bundan əlavə, Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlərə görə də ödənilmiş ƏDV-nin qaytarılması da nəzərdə tutulur.
Dəyişikliklər paketində Vergi Məcəlləsinin 165.5-cı maddəsi aşağıdakı redaksiyada təklif edilir:
165.5. Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), habelə tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin qaytarılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ nağdsız qaydada ödənilmiş ƏDV-nin 20 faizini, nağd qaydada ödənilmiş ƏDV-nin 5 faizini təşkil edir. Ödənilmiş ƏDV-nin bu maddə ilə müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki bu Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir.
Müştərilərin xəbərləri
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
“PAŞA Bank” səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
-
1 saat əvvəl
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
-
2 saat əvvəl
Venesuela neft satışından 300 milyon dollarlıq gəlir əldə edib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Trampdan Davosda mühüm açıqlamalar
"Moody’s" Azərbaycanın kredit profili üzrə rəyini açıqlayıb
BOKT illik 16% ilə borc alır
"FINCA Azerbaijan" 1 milyon dollar borc alır
Ən çox oxunanlar
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
"Bizim məhsulu sata bilməməklə bağlı problemimiz yoxdur"






















