"FİNCA Azerbaijan" müştərilərə verilmiş kreditləri artırıb
"FİNCA Azerbaijan" Qeyri Bank Kredit təşkilatı 2022-ci ilin 1-ci yarısını (yanvar-iyun dövrünü) 408 min manat xalis mənfəət ilə başa vurub.
Marja.az xəbər verir ki, cari ilin ilk 6 ayında "FİNCA Azerbaijan"ın faiz gəlirləri 5 milyon 191 min manat, qeyri-faiz gəlirləri isə 77 min manat təşkil edib.
"FİNCA Azerbaijan"ın cəmi kredit portfeli (müştərilərə verilmiş kreditlər) 30 İyun 2022-ci il tarixində 43 milyon 600 min manata, xalis kredit portfeli isə 36 milyon 567 min manata çatıb. 31 Dekabr 2021-ci il tarixində Təşkilatın xalis kredit portfeli 29 milyon 65 min manat təşkil etmişdi. Beləliklə, cari ilin ilk 6 ayında "FİNCA Azerbaijan"ın xalis kredit portfeli 7 milyon 502 min manat artıb.
"FİNCA Azerbaijan" 2021-ci ili 2 milyon 611 min manat xalis mənfəət ilə bağlamışdı.
"Finca Azərbaycan" Qeyri-Bank Kredit Təşkilatı MMC 2022-ci ildə 2 milyon 353 min manat xalis mənfəət gözləyir.
"Finca Azərbaycan"nın nizamnamə kapitalının 100%-i Niderland Krallığında qeydiyyatdan keçmiş "Finca Microfinance Cooperatief U.A" şirkətinə məxsusdur.
Müştərilərin xəbərləri
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 2 saat əvvəl
-
3 saat əvvəl
“PAŞA Bank” səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
-
3 saat əvvəl
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
-
4 saat əvvəl
Venesuela neft satışından 300 milyon dollarlıq gəlir əldə edib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Trampdan Davosda mühüm açıqlamalar
"Moody’s" Azərbaycanın kredit profili üzrə rəyini açıqlayıb
BOKT illik 16% ilə borc alır
"FINCA Azerbaijan" 1 milyon dollar borc alır
Ən çox oxunanlar
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
"Bizim məhsulu sata bilməməklə bağlı problemimiz yoxdur"






















