Bank “BTB” ilk 6 ayı əməliyyat mənfəətilə başa vurub
Bankın faiz gəlirləri artıb.Bank “BTB” ASC 2022-ci ilin birinci yarısı (yanvar-iyun dövrü) üzrə maliyyə göstəricilərini açıqlayıb.
Marja.az xəbər verir ki, 2022-ci ilin birinci yarısında Bank BTB-nin cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 15 milyon 701 min manat təşkil edib. Ötən ilin eyni dövründə Bankın cəmi əməliyyat gəlirləri 15 milyon 85 min manat təşkil etmişdi. Beləliklə, Bank gəlirlərini təxminən ötənilki səviyyədə saxlaya bilib.
2021-ci ilin birinci yarısı ilə müqayisədə 2022-ci ilin birinci yarısında Bank BTB-nin faiz gəlirləri 713 min manat və ya 5,8% artaraq 12 milyon 997 min manat təşkil edib.
2021-ci ilin birinci yarısı ilə müqayisədə 2022-ci ilin birinci yarısında Bank BTB-nin cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 650 min manat və ya 4,3% artaraq 15 milyon 627 min manat təşkil edib.
2022-ci ilin birinci yarısında Bank BTB-nin cəmi əməliyyat gəlirləri cəmi əməliyyat xərclərini üstələdiyindən 74 min manat əməliyyat mənfəəti yaranıb. Bank ehtiyata 5 milyon 348 min manat ayırdığından cari ilin ilk 6 ayını 5 milyon 274 min manat xalis zərər ilə bağlayıb.
Qeyd edək ki, 2021-ci ilin birinci yarısında Bank BTB-nin cəmi əməliyyat gəlirləri 15 milyon 85 min manat, cəmi əməliyyat xərcləri 14 milyon 977 min manat, əməliyyat mənfəəti 108 min manat təşkil etmişdi. Ehtiyatdan azad olmuş 430 min manat hesabına mənfəət 538 min manata yüksəlmişdi.
30 İyun 2022-ci il tarixində Bank BTB 354 milyon 384 min manat cəmi aktivlərə (o cümlədən 238 milyon 306 min manat kredit portfelinə (müştərilərə verilmiş kreditlər)) 139 milyon 959 min manat depozit portfelinə malik olub. Ötən ilin sonunda Bank 362 milyon 62 min manat cəmi aktivlərə, 251 milyon 54 min manat kredit və 147 milyon 433 min manat depozit portfelinə malik idi.
30 İyun 2022-ci il tarixində Bank BTB 53 milyon 67 min manat məcmu kapitala malik olub.
Müştərilərin xəbərləri
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
“PAŞA Bank” səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
-
6 saat əvvəl
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Mühəndisdən məktub var: Bəla gözləmədiyim yerdən gəldi.
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
"Moody’s" Azərbaycanın kredit profili üzrə rəyini açıqlayıb
Ən çox oxunanlar
"Bir" ekosistemində yeni təyinatlar
BOKT illik 16% ilə borc alır
"FINCA Azerbaijan" 1 milyon dollar borc alır
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
"Bizim məhsulu sata bilməməklə bağlı problemimiz yoxdur"





















