“Qoldenpey” 15 yaşı münasibətilə dəyərli hədiyyə uduşlu kampaniya keçirir!
Hesab.az-da ödəniş edərək iPhone 13 Pro qazanmaq fürsəti!(®) Bu il fəaliyyətinin 15-ci ilini qeyd edən “Qoldenpey” ASC şirkəti istifadəçiləri üçün müxtəlif hədiyyələrlə dolu kampaniya başlayıb!
2007-ci ilin 15 İyul tarixində Azərbaycana onlayn ödəniş anlayışını gətirən GoldenPay şirkətinin fəaliyyətə başlamasından 15 il ötür. Hər il olduğu kimi, istifadəçilərini özəl təkliflərlə sevindirməyə tələsən GoldenPay, bu illər ərzində birgə olduğu istifadəçilərinə diqqət və təşəkkürünü çatdırmaq üçün hədiyyə dolu kampaniya başlayıb.
Kampaniyada 1-ci yerin qalibi iPhone 13 Pro, ikinci yerin qalibi Apple Watch Series 7, 3-cü yerin qalibi Apple AirPods 3 və müvafiq olaraq 4-cü yerin qalibi 200 AZN, 5-ci yerin qalibi 100 AZN və 6-15-ci yerlərin qalibləri isə, 50 AZN dəyərində Hesab Koin əldə edəcəklər.
Kampaniya GoldenPay şirkətinin ən böyük məhsulu – Hesab.az onlayn xidmətlər platformasında ödəniş edən istifadəçilər üçün nəzərdə tutulub. Belə ki, 8-14 İyul tarixlərində Hesab.az saytı, yaxud mobil tətbiqində ödəniş edən istifadəçilər kampaniyaya qatıla bilərlər. Kampaniyada qalib olmaq üçün minimal ödəniş məbləğini gözləmək şərti ilə fərqli xidmət növləri üzrə daha çox ödəniş etmək lazımdır.
Kampaniya qaydaları ilə yaxından tanış olmaq üçün buraya keçid edin: https://bit.ly/3uzNyw9
İstifadəçilərini hər zaman xüsusi kampaniyalarla sevindirən GoldenPay/Hesab.az şirkətinin fəaliyyəti haqqında daha ətraflı məlumatı www.hesab.az saytından, *0713 Çağrı Mərkəzindən və ya platformanın Facebook, İnstagram səhifələrindən əldə etmək olar.
Qeyd edək ki, 2011-ci ilin Aprel ayında GoldenPay şirkəti ölkənin ilk onlayn xidmətlər portalı – Hesab.az-ı yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı /ödənişi mümkündür. Hesab.az-ın təqdim etdiyi növbəti xidmət - Hesab Travel isə istifadəçilərə sərfəli uçuş və otelləri təqdim edir.
Müştərilərin xəbərləri
Azərbaycan pambıq sektorunda tarixi ilk: "Prime Cotton" USDA NOP Orqanik Sertifikatını əldə edən ilk şirkət oldu
SON XƏBƏRLƏR
- 5 gün sonra
- 5 gün sonra
-
4 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
-
50 d. əvvəl
“Tam qadağa yox, tənzimləmə xahiş edirik" - Sahibkarlar hökumətə və Milli Məclisə müraciət edir
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Zelenski Ukrayna üçün sülh planının bütün 20 bəndini açıqlayıb
- 3 saat əvvəl
-
3 saat əvvəl
Ermənistana Rusiya taxılı daşıyan növbəti qatar Böyük Kəsiyə çatıb
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Hava qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ
Hyundai 51 mindən çox avtomobili geri çağırır
Əhali etiraz etdi, "Dino Park" qiymətləri aşağı saldı
Ən çox oxunanlar
Zelenski Ukrayna üçün sülh planının bütün 20 bəndini açıqlayıb
Dekabrın 25-də gözlənilən hava şəraiti
Ermənistana Rusiya taxılı daşıyan növbəti qatar Böyük Kəsiyə çatıb
Ağdamda 2-ci yaşayış kompleksinin açılışı oldu - FOTOLAR
Putin Əliyevə zəng edib
Türkiyəyə gələn xarici turistlərin sayı 50 milyonu keçib






















