Dövlətin satdığı avtomobillərə böyük maraq - SATIŞ 4 DƏFƏYƏ YAXIN ARTIB
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən hərraclar vasitəsilə dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı işlər davam etdirilir. Digər dövlət əmlakları ilə yanaşı, hərraclarda nəqliyyat vasitələrinin də satışı həyata keçirilir.
Xidmətin yaydığı məlumatda bildirilir ki, 2022-ci ilin birinci yarımilliyində nəqliyyat vasitələrinin satışa çıxarıldığı 24 hərrac keçirilib. Hərraclara çıxarılan 384 nəqliyyat vasitəsindən 319-u satılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,7 dəfə çoxdur. Nəqliyyat vasitələrinə olan sifarişlərin çoxluğu hərracları daha rəqabətli edib. Belə ki, 2022-ci ilin yanvar-iyun ayları ərzində nəqliyyat vasitələri üzrə ümumilikdə ilkin satış qiyməti 1 milyon 269 min 425 manat olsa da, rəqabətli hərrac nəticəsində bu, 1 milyon 620 milyon 911 manat təşkil edib. Başqa sözlə, təklif ilkin satış qiymətindən 351 min 486 manat çox olub.
Cari ilin ilk 6 ayı ərzində nəqliyyat vasitələrinin hərracından dövlət büdcəsinə daxil olan vəsait 1,22 milyon manat olmaqla, ötən ilin eyni dövrü ilə müqayisədə 4,8 dəfə çoxdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 1 gün sonra
-
-
11 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
13 saat əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 14 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
-
16 saat əvvəl
Nərimanovda, metroya yaxın premium mənzillər faizsiz kredit imkanı ilə satışda
-
16 saat əvvəl
Pul siyasəti çərçivəsinin təkmilləşdirilməsi məsələləri müzakirə olunub
- 17 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Azərbaycan Rusiyaya nota verdi
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Ən çox oxunanlar
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
AccessBank tenderlər elan edib
Qlobal ərzaq qiymətləri 5 aydır fasiləsiz düşməkdə davam edir
Kapital Bank və Milli Aviasiya Akademiyası arasında əməkdaşlıq memorandumu imzalanıb
Stellantis şirkətinin səhmləri yüksək məbləğdə zərər açıqlamasından sonra kəskin ucuzlaşıb





















