Kazımov və Şərifov BVF-nin icraçı direktoru ilə görüşüblər
Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov və maliyyə naziri Samir Şərifov Beynəlxalq Valyuta Fondunun (BVF) icraçı direktoru Kristalina Georgieva ilə görüşüblər.
Taleh Kazımovun Tvitter səhifəsində verdiyi məlumata görə, görüşdə Azərbaycanda makroiqtisadi və maliyyəsabitliyi üzrə vəziyyət, 2022-ci il və ortamüddətli dövrə proqnozlar, pul və maliyyə sabitliyi siyasətlərinin prioritetləri müzakirə edilib.
Həmçinin onlar, Azərbaycanın Dünya Bankı və BVF-də daxil olduğu Seçki Qrupunun 30 illiyinə həsr olunmuş toplantı çərçivəsində keçirilən seminarın “Rəqəmsal Maliyyə” panelində və seçki qrupunun iclasında çıxış edərək Azərbaycanda bu sahədə həyata keçirilməkdə olan layihələr və sözügedən təşkilatlarla gələcək əməkdaşlıq perspektivləri barədə fikirlərini bölüşüblər.
XXX
Mərkəzi Bankın yaydığı məlumatda bildirilir ki, Azərbaycan Respublikasının Dünya Bankı (DB) və Beynəlxalq Valyuta Fondunda (BVF) daxil olduğu Seçki Qrupunun 30 illiyinə həsr olunmuş toplantıda iştirak etmək məqsədilə Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) sədri T.Kazımovun rəhbərliyi ilə AMB-nin nümayəndə heyəti İsveçrənin Bad Ragatz şəhərində səfərdə olmuşdur.
Tədbirin əsas məqsədi qısa və uzunmüddətli perspektivdə üzv ölkələrin beynəlxalq maliyyə münasibətləri sahəsində üzləşdiyi çağırışlara dair, həmçinin qarşıya çıxan məsələlərin həlli ilə bağlı Bretton Woods təsisatları ilə yaxından əməkdaşlıq imkanlarının araşdırılması və bu istiqamətdə müzakirələrin aparılmasından ibarət olmuşdur.
Toplantı çərçivəsində tədbirin proqramına uyğun olaraq rəqəmsal və davamlı maliyyə məsələləri, bu sahədə üzv ölkələrin qarşılaşdıqları çağırışlar və həyata keçirilən fəaliyyətlərlə bağlı təcrübələrin bölüşdürülməsi məqsədilə “Rəqəmsal və davamlı maliyyə” mövzusunda yüksək səviyyəli seminar keçirilmişdir. Seminarın “Rəqəmsal maliyyə” panelində, həmçinin Seçki Qrupunun iclasında AMB-nin sədri çıxış edərək Azərbaycanda bu sahədə həyata keçirilməkdə olan layihələr barədə məlumat vermişdir.
Həmçinin səfər çərçivəsində AMB sədrinin BVF və DB-nin rəhbər şəxsləri, habelə Seçki Qrupuna üzv ölkələrin mərkəzi bank sədrləri ilə ikitərəfli görüşləri keçirilmişdir. Görüşlərdə əməkdaşlığın cari vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunmuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 16 d. əvvəl
-
-
17 d. əvvəl
Bu gün Azərbaycandan Ermənistana 22 vaqon dizel yanacağı ixrac olunacaq
-
28 d. əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın kredit portfeli biznes kreditləri hesabına artıb
-
1 saat əvvəl
Əhalinin borc yükü və istehlak kreditləri üzrə qeyri-işlək portfel artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
- 13 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Rəsmi məzənnələr açıqlandı
Sığorta sektorunun zərərlilik dərəcəsi artıb
BOKT sektorunun xalis kredit portfeli 30 faizə yaxın artıb
Ən çox oxunanlar
"Expressbank" 2026-cı ilin ilk rübündə mənfəətini artırıb
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib
PAŞA Kapital ilə PAŞA Bank səhmdarı ol
"Azərbaycan Sənaye Bankı"nın xalis mənfəəti cüzi azalıb






.jpg)








.jpg)






