PAŞA Holding Qarabağın dirçəlişinə töhfə verməyə davam edir - FOTO
2020-ci ildən etibarən, fiziki və ya hüquqi şəxs olmasından asılı olmayaraq, ölkəmizin bütün nümayəndələrinin əsas məqsədləri arasında əsas yerlərdən birini Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərinin bərpası və yenidən qurulması, eləcə də sözügedən ərazilərdə dayanıqlı iqtisadiyyatın formalaşmasına töhfə vermək təşkil edir.
Ölkənin aparıcı holdiqlərindən olaraq PAŞA Holding ilk gündən bu sahədə fəaliyyətləri ilə fərqlənir və hazırda bu fəaliyyətini davam etdirir. Belə ki, hazırda PAŞA Holding və onun maliyyə törəmə müəssisələri Heydər Əliyev Fondu tərəfindən icra olunan 3 layihənin icrasına dəstək göstərir.
Birinci layihə çərçivəsində PAŞA Holding, PAŞA Bank, Kapital Bank və PAŞA Sığortanın dəstəyi ilə Ağdam Cümə məscidi, Yuxarı Gövhər Ağa və Aşağı Gövhər Ağa məscidləri, eləcə də Zəngilan və Saatlı məscidlərinin bərpası həyata keçirilir; ikinci layihə çərçivəsində PAŞA Həyat və PAŞA Sığorta şirkətlərinin dəstəyi ilə Ağdam rayonu, Qiyaslı kənd məscidinin bərpası və konservasiyası, eləcə də yeni tikililərin tikilməsi və ətraf ərazinin abadlaşdırılması nəzərdə tutulub; üçüncü layihə çərçivəsində isə Şuşa şəhərində Zəfər parkı və yeni məsçidin layihələndirilməsi, eləcə də digər mühəndislik işlərinin təşkili planlaşdırılır.
“Ötən ildən etibarən şirkətlərimiz öz strategiyalarının bir hissəsi olaraq azad edilmiş ərazilərin bərpasına xüsusi diqqət ayırır ki, bu istiqamətdə şirkətlərimiz tərəfindən azad edilmiş ərazilərin həm iqtisadi, həm infrastruktur, həm də ekoloji bərpasına həsr olunmuş artıq bir neçə layihə icra olunub. Heydər Əliyev Fondu tərəfindən icra olunan bu layihəyə dəstək göstərmək də birbaşa olaraq bizim strategiyamızda öz əksini tapır” – PAŞA Holding-in Korporativ kommunikasiyalar üzrə baş mütəxəssisi Aytac Muxtarzadə bildirib.
Qeyd edək ki, Heydər Əliyev Fondu tərəfindən icra olunan layihələr çərçivəsində əhatə olunan Yuxarı Gövhərağa məscidinin bərpası prosesinin 2024-cü ildə yekunlaşması planlaşdırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 43 d. əvvəl
-
-
46 d. əvvəl
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
-
1 saat əvvəl
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
-
1 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
Azərbaycandan Gürcüstana səfərlər 33%-dən çox artıb
Turanbank böyüyüb, əməliyyat gəlirləri artıb
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
Ən çox oxunanlar
2025-ci ildə Azərbaycan bankları nə qədər qazanıb? - SİYAHI
Rəsmi məzənnələr açıqlandı
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
22 bank mənfəət açıqladı - SİYAHI
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub


















