Yaponiya, Ukraynaya görə qlobal iqtisadiyyatda tarixi dönüş olacağını proqnozlaşdırır
Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyi hesab edir ki, Ukraynadakı müharibə beynəlxalq iqtisadi nizamda tarixi dönüş yarada bilər.
Marja xəbər verir ki, bu barədə çərşənbə axşamı yayılan "Ticarət üzrə Ağ Kağız" illik hesabatında deyilir.
Sənəddə qeyd olunur ki, Rusiyanın Ukraynanı işğal etməyə başladıqdan sonra “Yeddilik” qrupu və digər sənayeləşmiş ölkələr sürətlə Rusiya ilə iqtisadi və siyasi münasibətləri yenidən müəyyənləşdirərək enerji sektoru da daxil olmaqla, görünməmiş genişmiqyaslı iqtisadi sanksiyalar tətbiq edib və həyata keçiriblər.
Hesabatda deyilir: "Bu, iqtisadi parçalanma ilə bağlı misli görünməmiş narahatlıqlar yaradıb. Bu, getdikcə çoxqütblü beynəlxalq iqtisadiyyatda struktur dəyişikliyini sürətləndirə, beynəlxalq iqtisadi nizamda tarixi dönüş nöqtəsi ola bilər".
Yaponiya nazirliyi qeyd edir ki, bir çox inkişaf etməkdə olan bazar və inkişaf etməkdə olan ölkələr iqtisadi sanksiyalardan çəkinir, heç bir açıq fəaliyyətə əl atmır, Rusiyaya qarşı diqqətli və neytral mövqe tutur. Həmçinin hesabatda vurğulanır ki, Ukrayna ətrafındakı vəziyyət qida, enerji və digər malların beynəlxalq bazarlarına ciddi təsir göstərir.
Bundan əlavə, "Ticarət üzrə Ağ Kitab"da ABŞ və Çin arasındakı ticarət mübahisələrinin və koronavirus pandemiyasının son illərdə qlobal iqtisadiyyata mənfi təsir göstərdiyi qiymətləndirilir. Nəticədə bir sıra ölkələrdə iqtisadi təhlükəsizlik tələbləri, o cümlədən yarımkeçiricilərin və resursların tədarükünün təmin edilməsi baxımından artmışdır.
Fevralın 24-də Rusiya prezidenti Vladimir Putin qondarma Donbass respublikalarının rəhbərlərinin yardım xahişinə cavab olaraq Ukraynada hərbi əməliyyat elan edib. Bundan sonra ABŞ, Avropa İttifaqı, Böyük Britaniya, eləcə də bir sıra digər dövlətlər Rusiya Federasiyasına qarşı genişmiqyaslı sanksiyalar tətbiq edib və Ukrayna hakimiyyətinə silah tədarükünü artırıblar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
40 d. əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
56 d. əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
1 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
2 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 2 saat əvvəl
-
2 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























