Ukrayna bu dövlətdən illik 1% dərəcəsilə 500 milyon dollar kredit aldı
Onun ödəmə müddəti 30 il olacaqUkrayna Yaponiyadan 30 il müddətinə 500 milyon dollar məbləğində kredit alıb.
Marja xəbər verir ki, bu barədə bazar ertəsi Ukrayna Maliyyə Nazirliyi məlumat yayıb.
"Ukrayna kredit müqaviləsi çərçivəsində əlavə 65 milyard yapon yeni (təxminən 500 milyon dollar) güzəştli kredit alıb. Kredit sərfəli şərtlərlə verilib: kreditin qaytarılma müddəti 30 il, o cümlədən 10 il güzəşt dövrü; faiz dərəcəsi illik 1% təşkil edir”, - idarənin saytında yerləşdirilən məlumatda deyilir.
Qeyd olunur ki, vəsait dövlət büdcəsinin prioritet xərcləri üzrə (sosial, humanitar, səhiyyə xərcləri və s.) sərf olunacaq.
Mayın 16-da Ukraynanın maliyyə naziri Serhi Marçenko və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin JICA prezidenti Akihiko Tanaka 30 il müddətinə, 10 il güzəştli dövrə və illik 1 faiz dərəcəsinə malik kredit haqqında saziş imzalayıblar. Mayın 24-də Ukrayna bu müqaviləyə əsasən Yaponiyadan 13 milyard yen (təxminən 100 milyon dollar) alıb. İyunun 7-də Ukrayna hökuməti ilə Yaponiya hökuməti arasında Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin kreditinə dair əlavə saziş imzalanıb. Əlavə saziş kreditin məbləğini 65 milyard yapon yen artıraraq, kreditin məbləğini 78 milyard yapon yeninə (təxminən 600 milyon dollar) çatdırır.
Bazar ertəsi Almaniyada keçirilən G7 sammitində Yaponiyanın baş naziri Fumio Kişida ərzaq böhranı ilə mübarizə üçün 200 milyon dollar ayrıldığını açıqlayıb. Onun sözlərinə görə, bu vəsaitlər Ukraynaya, eləcə də bu böhran nəticəsində zərər çəkmiş Yaxın Şərq və Afrika ölkələrinə ayrılır.
Müştərilərin xəbərləri
Hazır mənzil axtaranların diqqətinə: City Garden Narimanov”da 2, 3, 4 otaq, eləcə də studiya premium mənzillər hazırdır
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 29 d. əvvəl
-
31 d. əvvəl
ABB səhmdarlarına 200 milyon manat dividend ödənişi təklif ediləcək - MÜSAHİBƏ
-
-
39 d. əvvəl
Yapı Kredi “Texnologiyada Fürsət Bərabərliyi” proqramını Azərbaycana gətirdi
- 57 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
“Bank Respublika”nın maliyyə vəziyyəti açıqlanıb - XALİS MƏNFƏƏTİ 18% ARTIB
- 4 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanın iri bankı Özbəkistanda bank alır
Azərbaycan Ermənistandan məhsul idxalına başlayıb
Əfsanəvi investor vəfat edib
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Çin iqtisadiyyatı 5% artıb
20 bank xalis mənfəət, 1 bank xalis zərər açıqladı - SİYAHI
Artan xərclər "Rabitəbank"a qazancını artırmağa imkan verməyib - ƏMƏLİYYAT MƏNFƏƏTİ AZALIB
“Abşeron” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə görülən işlər müzakirə olunub
Bank 23-cü filialını Zaqatalada açdı







.jpg)






.jpg)







