FED inflyasiyanı düzgün qiymətləndirmədiyini etiraf edib. İşsizliyin artması riski var
ABŞ Federal Ehtiyat Sisteminin (ABŞ Mərkəzi Bankı, FED) sədri Cerom Pauel yarımillik Pul Siyasəti Hesabatı ilə bağlı təqdimatında işsizliyin artması riskinin olduğunu bildirib.FED sədri Cerom Pauell yarımillik Pul Siyasəti Hesabatı ilə bağlı təqdimatının ikinci günündə Nümayəndələr Palatasının Maliyyə Xidmətləri Komitəsinin iclasında iştirak edib.
Marja xəbər verir ki, Komitə üzvlərinin suallarını cavablandıran Pauell inflyasiya ilə mübarizə öhdəliyinin “şərtsiz” olduğunu bildirib.
“İşsizliyin artması riski var”
Pauell, əmək bazarının çox "qızdığına" diqqət çəkib və inflyasiyanın aşağı salınması lazım olduğunu söyləyib.
Əmək bazarına təsir etmədən inflyasiyanın azaldılmasının çox çətinləşdiyinə diqqət çəkən Pauell, inflyasiyanı nəzarət altında saxlayaraq güclü əmək bazarına sahib olmağın mümkün olduğunu ifadə edib.
"Tarixən aşağı səviyyədə olsa da, işsizliyin artması riski var", - Pauell bildirib.
FED-in “həssas alətləri” olmadığını qeyd edən Pauell, iş yerlərində itkilərin ola biləcəyinə diqqət çəkib.
FED, inflyasiyanı düzgün qiymətləndirmədiyini etiraf edib
Fed-in inflyasiya ilə bağlı səhv şərhi ilə bağlı suala cavab olaraq, Pauell, geriyə baxdıqda inflyasiyanı aşağı qiymətləndirdiklərini və onun müvəqqəti olmadığını söyləyib.
"Proqnozumuzun səhv olduğunu bilirik. Səhvimizi görməyə başlayanda kursumuzu dəyişdik",- deyib.
İnflyasiyanın 2 faizə endirilməsi lazım olduğunu vurğulayan Pauell, hər hansı bir qələbə elan etmədən əvvəl inflyasiyanın aşağı düşdüyünə dair dəlil görmək istədiklərini söyləyib.
Gələcəkdə faiz dərəcələrini sürətlə aşağı salmayacaqlarına diqqət çəkən Pauell, "Düşünürəm ki, aşağı salmaqda istəksiz olacağıq",- deyib.
Real vaxtda yaxşı qərarlar verməyə çalışacaqlarını qeyd edən Pauell, qiymət sabitliyinin iqtisadiyyatın təməl daşı olduğunu və bərpa edilməsi lazım olduğunu söyləyib.
Tənəzzülün qaçılmaz olduğunu düşünmədiyini bildirən Pauell, bu il iqtisadi artımın hələ də güclü olacağını gözlədiyini qeyd edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
2 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
2 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
2 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
4 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 4 saat əvvəl
-
4 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




















.jpg)






