Chevron neft şirkətindən Baydenə cavab
Chevron-un baş direktoru Mike Wirth , neftin qiymətinin artmasına görə böyük neft şirkətlərini tənqid edən ABŞ prezidenti Co Baydenə məktub yazıb. Wirth qeyd edib ki, Chevron ötən il 143 illik tarixində ən yüksək həcmdə neft və qaz hasil edib.
ABŞ-ın əsas neft istehsalçılarından biri olan Chevron-un baş direktoru Mayk Virt (Mike Wirth) ABŞ prezidenti Co Baydenin böyük neft şirkətlərinə ünvanladığı tənqidləri rədd edərək, neftin qiymətinin aşağı salınması və təklifin artırılması üçün yanaşma dəyişikliyinə ehtiyac olduğunu bildirib.
Marja xəbər verir ki, Rusiyanın Ukraynaya hücumu ilə daha da ağırlaşan qlobal tələb və təklif balanssızlığının asan həllinin olmadığına diqqət çəkən Virt, bu vəziyyətin siyasi ritorikadan çox düşünülmüş hərəkət və birlikdə işləmək istəyilə həll edilə bilinəcəyini qeyd edib.
“Tariximizdə ən yüksək həcmdə istehsal etdik”
Chevron-un ötən il 143 illik tarixində ən yüksək həcmlərdə neft və qaz hasil etdiyini qeyd edən Virt, bu ilin birinci rübündə ABŞ-dakı neft hasilatlarının ötən ilin eyni rübünə nisbətən 109 min barel artaraq gündəlik 1,2 milyon barrelə çatdığını bildirib.
Məktubunda Chevron-un rəhbəri Virt qeyd edib:
"Bu səylərə baxmayaraq, administrasiyanız əsasən sənayemizi tənqid etməyə və bəzən böhtan atmağa çalışdı. Bu hərəkətlər üzləşdiyimiz problemlərin həllində faydalı deyil və Amerika xalqı buna layiq deyil. Bugünkü geosiyasi vəziyyət bu enerji böhranına səbəb olub. Qiymətləri aşağı salmaq və təchizatı artırmaq üçün yanaşmanı dəyişmək lazımdır. Siz bizim sənayemizi enerji istehsalını artırmağa çağırdınız. Biz razıyıq, gəlin birlikdə işləyək. ABŞ enerji sənayesinin sizin rəhbərliyinizin əməkdaşlığına və dəstəyinə ehtiyacı var. Bu, ölkəmizin daha böyük enerji təhlükəsizliyi, iqtisadi inkişafı və rifah üçün edilməlidir".
ABŞ prezidenti Co Bayden isə Chevron-un baş direktoru Wirth-in məktubunu “çox həssas” adlandırıb. "Mən sizin hisslərinizin bu qədər asanlıqla inciyəcəyini bilmirdim",- Bayden qeyd edib.
Bayden keçən həftə verdiyi açıqlamada neft şirkətlərinin tədarük çatışmazlığından (təklifin az olmasından) istifadə edərək mənfəətlərini artırdıqlarını bildirib.
ExxonMobil, Chevron, BP və Shell kimi şirkətlərə məktub yazan Bayden, artan benzin qiymətlərinə qarşı neft şirkətlərini hasilatı artırmağa çağırıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 17 saat sonra
-
6 d. əvvəl
Tesla-da proqram təminatı və batareya problemləri: 76 mindən çox avtomobil geri çağırıldı
-
-
22 d. əvvəl
Sahibkarlar üçün ƏDV limiti 2 dəfə artırıla bilər - 200 min manatdan 400 min manata!
-
34 d. əvvəl
“Park Yasamal”da uzunömürlülük və komfort ventilyasiyalı fasadla təmin olunur - "Kristal!"
-
42 d. əvvəl
SOCAR ABB şirkətilə innovativ texnologiyalar ilə resursların idarə edilməsi məsələsini müzakirə edib
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycan son 1 ildə valyuta ehtiyatlarını 11 %-ə yaxın artırıb
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Azerconnect Group” Qazaxıstan – Azərbaycan biznes forumunda iştirak edib
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər

Şaxta Baba şokdadır: Birmarket lotereyası başlayır!

Tesla-da proqram təminatı və batareya problemləri: 76 mindən çox avtomobil geri çağırıldı

Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqladı

Oktyabrın 24-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar

Bu gün Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqlayacaq

Sahibkarlar qeyri-yaşayış obyektlərinin sənədləşdirilməsi ilə bağlı yaradılan imkandan istifadə edə bilərlər

“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsi elan edildi

Azərbaycan fondu bu il əlavə 38 tondan çox qızıl alıb, ehtiyatını 185 tona yaxınlaşdırıb
