850 manat xərc çəkib, 2500 manat qazanırlar
Samux rayonundakı təsərrüfatlarda günəbaxan əkininə maraq artıb.
Rayonda 2 min 557 hektar sahədə günəbaxan əkilib. Bu, ötən illə müqayisədə 842 hektar çoxdur.
Məhsuldarlığı ilə seçilən sahənin gəliri yaxşı olduğundan rayon fermerləri günəbaxan əkinini hər il genişləndirirlər. Rayonda günəbaxan əkininə hazırlıq payız aylarından başlayır. Toxum səpilənə qədər bir sıra aqrotexniki qaydalara əməl edilir. Səpin işlərindən sonra isə sahəyə lazımi qulluq göstərilir. Fermerlər deyirlər ki, əkin sahəsinə düzgün aqrotexniki qulluq göstərildikdə qoyulan vəsaitdən dəfələrlə çox gəlir götürmək mümkündür. Bir hektar sahəyə 24 kiloqram toxum səpilir. Təsərrüfat sahibləri daha çox Rusiyadan gətirilən, məhsuldarlığı və yağlılığı yüksək olan sortlara üstünlük verirlər. Onlar keyfiyyətli toxumun bir kiloqramını 3-3,5 manata alırlar. Məhsul yetişənə qədər bir hektar sahəyə 800-850 manat dəyərində qulluq göstərilir.
Avqustda yığımına başlanılan günəbaxan sahəsinin bir hektarından 2,5 ton məhsul toplanır və 0,8-1 manatdan satılır. Rayonda istehsal edilən günəbaxandan həm də yağ istehsal edilir. Bu məqsədlə toplanan məhsul Gəncədəki müəssisələrə təhvil verilir.
Günəbaxanın tumu ilə yanaşı, heyvandarlıqda gövdəsindən də yem kimi istifadə olunur. Bu məhsulun toxumu kimi gövdəsi də yağlı olduğundan ətlik mal-qara üçün əlverişli hesab edilir.
Hazırda Samux rayonundakı günəbaxan sahələrində suvarma aparılır və məhsula aqrotexniki qulluq göstərilir. Məhsulun yığımına bir aydan çox vaxt qalsa da, məhsuldarlıq fermerləri qane edir.
© Azərtac
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
15 d. əvvəl
Özbəkistandakı Azərbaycan kapitallı müəssisələrin sayı 368-ə çatıb
-
- 32 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda ilk Korporativ Travel & Expense kartı təqdim edildi - Şirkətlər üçün yeni imkanlar
-
2 saat əvvəl
“Nağd pul ofisi”nin fəaliyyəti dayandırılır, xidməti ABB və Kapital Bank göstərəcək
-
2 saat əvvəl
Yeni şərtlər, yeni alətlər: UForex-də spredlər yarıya endirildi
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Özbəkistandakı Azərbaycan kapitallı müəssisələrin sayı 368-ə çatıb
Fevralın 17-də gözlənilən hava şəraiti
"Uber" biznesini 7 Avropa ölkəsinə genişləndirir
Azərbaycanda ilk Korporativ Travel & Expense kartı təqdim edildi - Şirkətlər üçün yeni imkanlar
“Nağd pul ofisi”nin fəaliyyəti dayandırılır, xidməti ABB və Kapital Bank göstərəcək
Yeni şərtlər, yeni alətlər: UForex-də spredlər yarıya endirildi
Yaponya iqtisadiyyatı cüzi artıb
Azərbaycan şirkətlərinin iştirakı ilə Avropa ölkəsində 500 meqavatlıq elektrik enerjisi stansiyası tikiləcək
Qlobal elektromobil satışı yanvarda azalıb
Anthropic-in dəyəri 380 milyard dollara çatıb
Rəsmi məzənnələr açıqlandı























