"PAŞA Bank" növbəti uğura imza atdı - əmtəə fyuçers müqaviləsi bağlayıb
"PAŞA Bank" növbəti uğura imza ataraq, ötən həftə "Almet Holdinq" QSC ilə 200 ton həcmində LME Rebar (London Metal Exchange - Metal) məhsulu üzrə əmtəə fyuçers müqaviləsi bağlayıb.
"PAŞA BAnk"ın yaydığı məlumatda bildirilir ki, həm Bank, həm də ümumiyyətlə Azərbaycan bankçılığı tarixində ilk dəfə olaraq belə bir əməliyyat müvəffəqiyyətlə həyata keçirilib.
Qeyd edək ki, əmtəə məhsulları üzrə fyuçers müqaviləsi, aktivin zamanla qiymət dəyişikliyinin əvəz edilməsinə və ya riskin öz üzərinə götürməsinə imkan verən bir maliyyə alətidir. Bu, xüsusilə yüksək qiymət dəyişkənliyi olan sektorlarda ən çox istifadə edilən törəmə vasitələrdən biridir. Məhsul əsasən metallurgiya, avtomobil, maşın istehsalı, inşaat və gəmiqayırma kimi metaldan geniş istifadə edən sahələrdə tələb doğurur.
"PAŞA Bank" qiymət dalğalanmaları səbəbindən yarana biləcək risklərin minimuma endirilməsi məqsədilə öz müştərilərinə bir sıra əmtəələr üzrə maliyyə bazarlarında risklərin sığortalanmasını təklif edir:
- Metal (Alüminium, mis, dəmir, qurğuşun, nikel, sink, qızıl, gümüş);
- Kənd təsərrüfatı (buğda, kakao, qəhvə, qarğıdalı, pambıq, soya, şəkər);
- Enerji (neft, qaz, aviasiya yanacağı).
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 18 d. əvvəl
-
33 d. əvvəl
“Azərpoçt” və “Expressbank” Agent Bankçılıq layihəsinə start verib
- 42 d. əvvəl
-
1 saat əvvəl
İsveçrədən Azərbaycana idxal edilən uşaq qidasında çirkləndirici aşkar olunub
-
1 saat əvvəl
Özəl tibb müəssisələri onkoloji yardım həyata keçirə biləcək
-
1 saat əvvəl
Azərbaycanda 5 bankın problemli kreditləri 60 milyon manatdan çoxdur - RENKİNQ
-
1 saat əvvəl
Azərbaycanın xam neft ixracının dəyəri 16 faizdən çox azalıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Yanvarın 23-də gözlənilən hava şəraiti
AccessBank 7 milyon dollarlıq kredit xətti cəlb edib
Özəl tibb müəssisələri onkoloji yardım həyata keçirə biləcək
Ən çox oxunanlar
Azərbaycanın xam neft ixracının dəyəri 16 faizdən çox azalıb
Çinin taxıl istehsalı rekord qırıb
Fransa bankı yüzlərlə əməkdaşını işdən çıxaracaq
Moody’s: Tənzimləmə islahatları Azərbaycanın bank sektorunun dayanıqlığını gücləndirib
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir



















