İki Wall Street nəhəngi Rusiya istiqrazları ilə əməliyyatlardan imtina etdilər
ABŞ-da Rusiya istiqrazları üzrə əməliyyat məhdudiyyətlərindən sonra ABŞ-ın iki böyük bankı JPMorgan və Goldman Sachs Rusiya istiqrazları ilə bağlı əməliyyatlardan imtina etmək qərarına gəliblər.Wall Street-in iki ən böyük bankı JPMorgan və Goldman Sachs, Bayden administrasiyasının ABŞ investorlarına Rusiya istiqrazları ilə ticarət etməsinə qadağa qoymasından sonra bu əməliyyatlardan çəkildiklərini açıqlayıblar.
JPMorgan, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisi (OFAC) ABŞ-dakı investorlara Rusiya istiqrazlarını almağı qadağan etdikdən sonra əməliyyatlardan çəkilib. Goldman Sachs sözçüsü isə sözügedən əməliyyatları dayandırdığını açıqlayıb.
"OFAC-ın yenilənmiş təlimatlarına və Goldman Sachs-ın Rusiya ilə əlaqəli əməliyyatlarını azaltmasına uyğun olaraq, şirkət Rusiya aktivləri ilə müəyyən market-meyker əməliyyatlarında iştirak etməyəcək",- Goldman Sachs-dan bildirilib.
ABŞ investorları Rusiya istiqrazlarını sata və ya saxlaya bilər, lakin yenilərini ala bilməzlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
3 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
3 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
3 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
5 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 5 saat əvvəl
-
5 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























