SOCAR Türkiyənin ən böyük 10 ixracatçı şirkətlərinin arasında yer alıb
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi olan “SOCAR Türkiye Petrol Tic. AŞ” şirkəti Türkiyənin ən böyük 10 ixracatçı şirkətlərinin arasında yer alıb.
Türkiyə mətbuatının verdiyi məlumata görə, Azərbaycan kapitallı şirkət bu siyahıda 8-ci yeri tutub.
Məlumata görə, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Türkiyə İxracatçılar Məclisinin (TİM) 29-cu növbəti ümumi yığıncağı keçirilib. Ümumi yığıncaqda “Türkiyənin ilk 1 000 ixracatçısı – 2021”in nəticələri açıqlanıb.
Bildirilib ki, TİM-in apardığı araşdırma, ən böyük ixracatçı təşkilatların illik göstəricilərini izləmək və bir çox təfərrüatlı təhlillər aparmaq imkanı verir. Eyni zamanda ixracatçı şirkətlərə istiqamət verir, onların ixracın inkişafı üçün aparılan araşdırmaların nəticələrini ortaya qoyur.
Araşdırmaya görə, 2021-ci ildə ölkənin ixracı daha əvvəlki illə müqayisədə 32,8 % artaraq 225 milyard 220 milyon ABŞ dollarına çatıb. 2021-ci ildə ilk 1 000 şirkətə daxil olan şirkətlərin cəmi ixracatı bir il əvvələ görə 33,2 % artaraq 123,3 milyard ABŞ dollarına çatıb.
Bu şirkətlərin ümumi ixracdakı payı 54,7 %-i 1 milyard ABŞ dolları və daha çox ixrac edən şirkətlərin sayı isə 15 olub.
Araşdırmaya görə, 2021-ci ildə 827 şirkət ilk 1 000-likdə idisə, 173 şirkət bu il ilk dəfə 1 000 şirkət arasında yer almağı bacarıb. Yerli şirkətlər ilk 1 000-in 80 %-ini təşkil edirdi. Bu şirkətlər ilk 1 000-in ümumi ixracatının 63 %-ini reallaşdırıb.
Xatırladaq ki, Azərbaycan Dövlət Neft Şirkəti 2006-cı ilin sonlarında Türkiyədə “SOCAR Turkey” törəməsini təsis edilib. Şirkət Türkiyədə neft emalı və neft-kimya sahələrində layihələr icra etmək, təbii qaz ticarətini həyata keçirmək üçün yaradılıb.
İllik 14.5%-dən 30 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
35 d. əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
51 d. əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
55 d. əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
2 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 2 saat əvvəl
-
2 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























