Azərbaycanın qabaqcıl nəşriyyat şirkətinin xalis mənfəəti 3 dəfədən çox azalıb
Azərbaycanın qabaqcıl nəşriyyat şirkətlərindən biri olan "Şərq-Qərb" ASC 2021-ci il 1 milyon 153 min manat xalis mənfəət ilə bağlayıb. Halbuki, Şirkət 2020-ci ili 3 milyon 680 min manat xalis mənfəət ilə başa vurmuşdu. Beləliklə, 2020-ci illə müqayisədə 2021-ci ildə "Şərq-Qərb"in xalis mənfəəti 3,2 dəfə azalıb. Şirkətin mənfəətlilik dərəcəsi 61%-dən 30%-ə, xalis mənfəət dərəcəsi 24%-dən 10%-ə düşüb.
Marja.az xəbər verir ki, 2020-ci ildə "Şərq-Qərb" ASC-nin satışdan gəlirləri 15 milyon 606 min manat ikən, 2021-ci ildə 11 milyon 346 min manata düşüb (27,3% azalıb).
31 Dekabr 2021-ci il tarixində "Şərq-Qərb" ASC 9 milyon 14 min manat cəmi aktivlərə malik olub. Şirkət 2020-ci ilin sonunda 10 milyon 102 min manat cəmi aktivlərə malik idi.
14 sentyabr 2001-ci il tarixində ASC kimi dövlət qeydiyyatına alınmış "Şərq-Qərb" şirkətinin əsas fəaliyyəti çap, nəşr və digər poliqrafiya məhsullarının hazırlanmasından ibarətdir.
Qeyd edək ki, koronavirus pandemiyası da "Şərq-Qərb" ASC-yə mənfi təsir göstərib. Gəlirlərin və xalis mənfəətin azalması pandemiya ilə bağlıdır.
HƏMÇİNİN OXU: "Şərq-Qərb" şirkəti Nazirlikdən böyük məbləğdə sifariş aldı
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 17 d. əvvəl
-
- 31 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Absheron Saffron” şirkəti “Azexport” portalı ilə ixracını genişləndirməyi hədəfləyir
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Rosatom”un rəhbəri: “Buşəhr” AES-ə zərbə regional fəlakətə gətirib çıxaracaq
-
2 saat əvvəl
Daha çox Azərbaycan qazı tədarükü üçün maliyyələşdirmə və şərtləri müzakirə olunub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Hind rupisinə zərbə: Tarixi minimumda
10-dan çox neft tankeri İran tərəfindən vurulub
Azərbaycan neftinin son qiyməti
ABB-dən fiziki şəxslər üçün yeni məhsul - ABB istiqrazları!
“PAŞA Həyat Sığorta”da yeni təyinat
Ən çox oxunanlar
SEPAH: İran Hörmüz boğazına tam nəzarət edir
Rəsmi məzənnələr açıqlandı



























