Azərbaycanın mobil operatoru qiymətləri 2 qəpik artırır
"Bakcell" MMC öz abunəçiləri üçün 21 iyun 2022-ci ildən etibarən "arxiv" kateqoriyasına aid bir sıra tariflərə üzrə qiymətləri artırır.
Marja.az "Bakcell" şirkətinin elanına istinadən xəbər verir ki, SevimliCIN və GÜNBOYU 0 tariflərində şəbəkədaxili zənglərin tarifikasiya müddəti 60 saniyə, şəbəkədaxili zənglərin 1 dəqiqəsinin qiyməti isə 0.08 AZN (8 qəpik) təşkil edəcək. Hazırda SevimliCIN tarifi üzrə şəbəkədaxili zənglərin tarifikasiya müddəti 60 saniyə, şəbəkədaxili zənglərin 1 dəqiqəsinin qiyməti 0.06 AZN-dir (6 qəpik). GÜNBOYU 0 tarifində isə şəbəkədaxili zənglərin 1 dəqiqəsinin qiyməti 01:00 – 18:00 ərzində 0 AZN, 18:00 – 01:00 ərzində 0.06 AZN-dir. Beləliklə, şəbəkədaxili zənglərin qiyməti 2 qəpik artırılır. GÜNBOYU 0 tarifində vaxtdan asılı olmayaraq tarifikasiya müddəti 60 saniyə təşkil edəcəkdir.
21 iyun 2022-ci ildən etibarən CINeration tarifində ölkədaxili zənglərin 1 dəqiqəsinin qiyməti 0.09 AZN, GəlirliCIN tarifində isə ölkədaxili zənglərin 1 dəqiqəsinin qiyməti 0.08 AZN təşkil edəcək. Hazırda CINeration tarifində ölkədaxili zənglərin 1 dəqiqəsinin qiyməti 0.07 AZN, GəlirliCIN tarifində isə ölkədaxili zənglərin 1 dəqiqəsinin qiyməti 0.06 AZN təşkil edir. Beləliklə, bu tariflər üzrə də qiymətlər 2 qəpik artırılır.
21 iyun 2022-ci ildən etibarən CIN 1 tariflərində:
-Bakı və Abşeronda həftəlik abunə haqqı ödəndikdə ölkədaxili zənglərin 1 dəqiqəsi 0.08 AZN, ödənilmədikdə isə şəbəkədaxili zənglərin 1 dəqiqəsinin qiyməti 0.08 AZN təşkil edəcək;
- Regionlarda həftəlik abunə haqqı ödəndikdə ölkədaxili zənglərin 1 dəqiqəsi 0.04 AZN, ödənilmədikdə isə şəbəkədaxili zənglərin 1 dəqiqəsi 0.04 AZN, şəbəkəxarici zənglərin 1 dəqiqəsinin qiyməti isə 0.08 AZN təşkil edəcək.
Hazırda CIN 1 tariflərində:
-Bakı və Abşeronda həftəlik abunə haqqı ödəndikdə ölkədaxili zənglərin 1 dəqiqəsi 0.06 AZN, ödənilmədikdə isə şəbəkədaxili zənglərin 1 dəqiqəsinin qiyməti 0.06 AZN təşkil edir.
- Regionlarda həftəlik abunə haqqı ödəndikdə ölkədaxili zənglərin 1 dəqiqəsi 0.03 AZN, ödənilmədikdə isə şəbəkədaxili zənglərin 1 dəqiqəsi 0.03 AZN, şəbəkəxarici zənglərin 1 dəqiqəsinin qiyməti isə 0.06 AZN təşkil edir. Beləliklə, bu tariflər üzrə də qiymətlər 2 qəpiyədək artırılır.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
3 d. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 15 d. əvvəl
- 17 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Yenidən 150 dollar ssenariləri gündəmdədir
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq























