Azərbaycan şirkəti Pakistana 100 milyon dollar sərmayə yatırmağa hazırdır
SOCAR şirkəti Pakistanın təbii maye qaz (LNG) sektorunun inkişafına 100 milyon dollar sərmayə yatırmağı təklif edib.
Bu məsələ iyunun 3-də Azərbaycanın İslamabaddakı səfiri Xəzər Fərhadov ilə Pakistanın dövlət neft naziri Musadik Malik arasında görüş zamanı müzakirə olunub.
“Malik ilə görüş zamanı səfir SOCAR-ın LNG sektoruna dair investisiya təklifini elan edib. Buna terminalın yaradılması, qısamüddətli kreditlərin təqdim edilməsi və ödənişlərin təxirə salınma mexanizmi daxildir. Neft naziri Azərbaycanın Pakistanın LNG sektoruna 100 milyon sərmayə dollar yatırmaq təklifini alqışlayıb”, - "Assosiated Press of Pakistan" nəşri məlumat verir.
“Ölkənin artan enerji tələbatında bu cür sərmayələr və tərəfdaşlıq çox böyük imkanlar deməkdir”, - nəşr nazirin sözlərindən sitat gətirir.
Görüş zamanı tərəflər iki ölkə arasında qarşılıqlı münasibətlərin möhkəmlənməsinə, müxtəlif sahələrdə əməkdaşlıq istiqamətlərinin genişlənməsinə diqqət ayırıblar. “Neft-qaz sektorunda tərəfdaşlıq turuzm kimi, digər sahələri də əhatə edə bilər. Azərbaycan qardaşlıq münasibətlərini Türkiyə-Azərbaycan münasibətləri kimi iqtisadi əlaqələrə transformasiya etməyi arzu edir”, - nəşr qeyd edir.
Nazir enerji üzrə İşçi Qruplarını ta dəstəklədiyini bildirib və vurğulayıb ki,enerji sektorunda bütün əməkdaşlıq məsələləri üzrə neft bölməsindən məsul şəxs təyin ediləcək.
“Həmçinin görüş zamanı neft və qaz kəşfiyyatı sahəsində Pakistanın böyük potensialı müzakirə edilib və bu mənada əməkdaşlığın möhkəmlənməsi yolları və vasitələrinin öyrənilməsi qərara alınıb”, - nəşr qeyd edir.
Səfir Azərbaycanın ikitərəfli münasibətləri yeni səviyyəyə qaldırmaq cəhdini qeyd edib.
Səfir öz Twitter hesabında Malik ilə görüşünü səmərəli adlandırıb. “Azərbaycanla Pakistan arasında ikitərəfli münasibətlərin perspektivlərini, xüsusilə enerji sektorunda investisiya imkanlarını müzakirə etdik”, - diplomat yazıb.
İllik 14.5%-dən 30 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© “İnterfaks-Azərbaycan”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 1 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Azərpoçt” və “Expressbank” Agent Bankçılıq layihəsinə start verib
- 2 saat əvvəl
-
2 saat əvvəl
İsveçrədən Azərbaycana idxal edilən uşaq qidasında çirkləndirici aşkar olunub
-
2 saat əvvəl
Özəl tibb müəssisələri onkoloji yardım həyata keçirə biləcək
-
3 saat əvvəl
Azərbaycanda 5 bankın problemli kreditləri 60 milyon manatdan çoxdur - RENKİNQ
-
3 saat əvvəl
Azərbaycanın xam neft ixracının dəyəri 16 faizdən çox azalıb
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqladı
“Azərpoçt” və “Expressbank” Agent Bankçılıq layihəsinə start verib
Özəl tibb müəssisələri onkoloji yardım həyata keçirə biləcək
Ən çox oxunanlar
Azərbaycanın xam neft ixracının dəyəri 16 faizdən çox azalıb
Çinin taxıl istehsalı rekord qırıb
Fransa bankı yüzlərlə əməkdaşını işdən çıxaracaq
Moody’s: Tənzimləmə islahatları Azərbaycanın bank sektorunun dayanıqlığını gücləndirib





















