Azərbaycanın dəniz külək enerjisi potensialı 157 gigavatt səviyyəsində qiymətləndirildi
Bakı Enerji Forumu-2022 çərçivəsində Azərbaycan Respublikasının Energetika Nazirliyi, Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Azərbaycanda ilk dəfə dəniz külək enerjisi üzrə yol xəritəsini təqdim edəcəklər.
Beynəlxalq Maliyyə Korporasiyasından Marja-ya daxil olmuş məlumata görə, Azərbaycanın toplam dəniz külək enerjisi potensialı 157 gigavatt səviyyəsində qiymətləndirilir, bu da ölkənin elektrik enerjisi hasilatında cari qoyuluş gücünün 20 mislindən artıqdır.
Yol xəritəsində bu nəhəng potensiala dair strateji baxış və onun səmərəli istifadəsi üçün tövsiyələr yer alır.
"Yol xəritəsinin təqdimatı, onun hazırlanmasında payı olan əsas tərəfdaşları, eləcə də dəniz küləyinin istifadəsində yetkin təcrübəyə malik olan ölkələrin nümayəndələrini bir araya gətirərək, ölkədə dəniz külək enerjisi bazarının yaradılmasının texniki, iqtisadi, ekoloji, sosial, məşğulluq və maliyyə aspektlərinin müzakirəsi üçün geniş meydan açacaq",- məlumatda bildirilir.
Tədbir 3 iyun 2022-ci il tarixində Bakı vaxtı ilə 16:30-18:00 arasında Bakı Enerji Forumunun əsas proqramı çərçivəsində baş tutacaqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 16 d. əvvəl
-
- 30 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Absheron Saffron” şirkəti “Azexport” portalı ilə ixracını genişləndirməyi hədəfləyir
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Rosatom”un rəhbəri: “Buşəhr” AES-ə zərbə regional fəlakətə gətirib çıxaracaq
-
2 saat əvvəl
Daha çox Azərbaycan qazı tədarükü üçün maliyyələşdirmə və şərtləri müzakirə olunub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Hind rupisinə zərbə: Tarixi minimumda
10-dan çox neft tankeri İran tərəfindən vurulub
Azərbaycan neftinin son qiyməti
ABB-dən fiziki şəxslər üçün yeni məhsul - ABB istiqrazları!
“PAŞA Həyat Sığorta”da yeni təyinat
Ən çox oxunanlar
SEPAH: İran Hörmüz boğazına tam nəzarət edir
Rəsmi məzənnələr açıqlandı



























