Rusiyadakı biznesi "Freedom Holding"dən ayrılacaq
2022-ci ilin ikinci rübünün sonuna qədər Rusiyada fəaliyyət göstərən "Freedom Finance" investisiya şirkəti və "Freedom Finance Bank" ABŞ-da qeydiyyatdan keçmiş "Freedom Holding Corp"dan ayrılacaq.
Marja.az xəbər verir ki, bu şirkətin açıqlamasında deyilir.
Əməliyyat iki mərhələdə həyata keçiriləcək. Bunlardan birincisi, "Freedom Holding Corp"un baş direktoru və "Freedom Finance"ın təsisçisi Timur Turlov Rusiya biznesini Amerika ictimai holdinqindən satın alacaq və ona fərdi olaraq sahib olmağa davam edəcək.
"Beləliklə, Rusiya şirkətlərinin son benefisiarı dəyişməyəcək. Gələcəkdə onları Timur Turlov, çox güman ki, "Freedom Finance" investisiya şirkətinin top menecmentinin və "Freedom Finance" bankının nümayəndələrinə satacaq", - mətbuat xidmətindən bildiriblər.
Bank və idarəetmə şirkəti holdinqdən asılı olmayaraq yerli bazarda fəaliyyətini davam etdirəcək.
"Rusiyada onların çoxlu müştəriləri, ödənişləri və perspektivli inkişaf strategiyası var. Bu qərar rusiyalı özəl investorların maraqlarını qorumaq məqsədilə qəbul edilib, çünki bu mərhələdə Amerika holdinqinə mənsubluq biznes potensialının reallaşmasına mane olur.”, - deyə şirkətdə də izah ediblər.
"Rusiya şirkətlərinin "Freedom Holding Corp"dan ayrılması əməliyyatın bütün iştirakçılarına müsbət təsir göstərəcək”, - məlumatda qeyd edilir.
Qeyd edək ki, "Freedom Holding"in Azərbaycandakı törəmə şirkəti "Freedom Finance Azerbaijan" ASC-dir.
Yeri düşmüşkən, "Free Holding Corp" (bundan sonra holdinq şirkəti) 31 mart 2022-ci ildə başa çatan 2022-ci maliyyə ili üzrə maliyyə nəticələrini açıqlayırb. Məlumata görə, 2022-ci maliyyə ilinin sonunda holdinqin gəliri 565 milyon dollar təşkil edib ki, bu da bir il əvvəlkindən 212 milyon dollar və ya 60% çoxdur. Ötən maliyyə ilində holdinqin xalis mənfəəti 211 milyon dollar təşkil edib (bir əvvəlki hesabat ilində 143 milyon dollar). 31 mart 2022-ci il tarixinə olan məlumata görə, 410 minə yaxın müştəri hesabı açılıb ki, bu da 31 mart 2021-ci il tarixinə olan müştəri hesablarının sayından 120 min və ya 41% çoxdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
6 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
6 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
6 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
8 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 8 saat əvvəl
-
8 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)




