Azərbaycan Sahibkarlar Konfederasiyasının Almaniya üzrə nümayəndəliyi yaradılıb
Azərbaycan Respublikasının Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) Almaniya Federativ Respublikası üzrə nümayəndəliyi yaradılıb.
Nümayəndəlik Berlin şəhərində fəaliyyət göstərəcək. Belə ki, ASK-nın Almaniya üzrə nümayəndəsi vəzifəsinə Berlin şəhərində fəaliyyət göstərən azərbaycanlı iş adamı, "Edel Tower GmbH" şirkətinin icraçı direktoru Elnur Hüseynov təyin edilib. 1987-ci il təvəllüdlü Elnur Hüseynov 2008-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında bakalavr, 2010-cu ildə Almaniyanın Erfurt Universitetində magistr təhsili almış, 2016-cı ildə Berlin Azad Universitetində alternativ enerji layihələrinin idarə olunması üzrə dissertasiya işini müdafiə edərək fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 2014-cü ildən Almaniyanın paytaxtı Berlin şəhərində sahibkarlıq fəaliyyəti ilə məşğuldur.
Nümayəndəlik Almaniya Federativ Respublikasında sahibkarlarımız üçün tərəfdaşların tapılması, investisiya imkanlarının araşdırılması, marketinq təhlili və alman sahibkarlarla biznes əlaqələrinin qurulması istiqamətində fəaliyyət göstərəcək.
KREDİTİ ONLAYN əldə et – 30 000 AZN-dək, 0% komissiya
© Report
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 2 saat əvvəl
-
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 20 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
-
23 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 23 saat əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Fevralın 1-də gözlənilən hava şəraiti
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır





















