Neft daha da bahalaşdı
Neft bazarlarında gözlər Avropa İttifaqı liderlərinin Rusiyaya qarşı altıncı sanksiya paketini müzakirə edəcəyi görüşə çevrildiyi bir vaxtda, Çində bəzi epidemiya tədbirlərinin yumşaldılması qiymətlərin yeni həftəyə artımla daxil olmasına səbəb olub.Çinin maliyyə və texnologiya mərkəzi Şanxaydan gələn xəbərlər ilə neft yeni həftəyə bahalşama ilə başlayıb.
Marja.az xəbər verir ki, Brent neftin qiyməti 120 dolları, ABŞ xam neftinin qiyməti isə 116 dolları keçib. Bakı vaxtı ilə saat 07:11-də Brent nefti 120,50 dollardan ticarət olunub.
Çində koronavirusa yoluxma son 3 ayın ən aşağı səviyyəsinə düşüb. Şanxayda istehsalçılar iyunun 1-dən etibarən fəaliyyətə başlaya biləcəklər. Bu vəziyyət iqtisadi fəallığın bərpa olunacağı və neftə tələbatın artacağı gözləntilərinə səbəb olub.
Avropa İttifaqı (Aİ) ölkələrinin liderləri Rusiya-Ukrayna müharibəsi, Ukraynaya dəstək, Rusiyaya qarşı sanksiyalar, enerji, ərzaq təhlükəsizliyi və müdafiə kimi mövzuları müzakirə etmək üçün Brüsseldə yenidən toplaşacaqlar.
Aİ indiyədək Rusiyaya qarşı 5 sanksiya paketi tətbiq edib.
Ayın əvvəlində Aİ Komissiyası Rusiyaya qarşı altıncı sanksiya paketinin layihəsini üzv ölkələrə göndərib.
Paketdə yüksək rütbəli zabitlər və Rusiya-Ukrayna müharibəsində iştirak edən bəzi şəxslər sanksiya siyahısına əlavə edilib, Rusiyanın ən böyük bankı Sberbank və daha 2 bankın beynəlxalq ödəniş sistemindən SWIFT-dən çıxarılması, Rusiyanın məsləhət xidmətlərinə çıxışının kəsməsi, 6 ay ərzində Rusiyadan xam neft tədarükünü dayandırması və s. nəzərdə tutulur.
Aİ Komissiyası bəzi üzv dövlətlərin etirazı ilə əlaqədar sanksiyalar paketinin məzmununda bəzi dəyişikliklər edib. Macarıstan, Slovakiya və Çexiyaya Rusiyadan neft idxal etmək üçün əlavə vaxt verilib. Bu güzəştlərə baxmayaraq, Macarıstanı hələ də razı salmaq mümkün olmayıb. Aİ liderləri yekdil razılıq tələb edən bu məsələdə konsensusa nail olmağa çalışacaqlar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
6 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
6 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
6 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
8 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 8 saat əvvəl
-
8 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)





