
Dənizkənarı Milli Parkda gənclər festivalı təşkil olunub
5 minə yaxın yerli və beynəlxalq layihəsi maliyyələşdirilmiş, ümumilikdə bu layihələrdən ölkə üzrə 500 min nəfərdən çox gəncin yararlanıb.
Gənclər Fondunun 10 illiyi münasibəti ilə Dənizkənarı Milli Park ərazisində gənclər festivalı təşkil olunub.
Fondun yaydığı məlumatda bildirilir ki, festivalda Fondun həyata keçirdiyi proqramlar və iri miqyaslı layihələrin əyani təqdimatı, aparıcı gənclər və könüllü təşkilatlarının stendlərindən ibarət sərgi, intellektual oyunlar, yumşaq bacarıqlar üzrə təlimlər, viktorinalar, istedadlı gənclərin musiqi proqramları təşkil edilmişdir. Festival zamanı Fondun fəaliyyət istiqamətləri, həyata keçirdiyi layihələr haqqında infoqrafik və informativ videolar, o cümlədən Fondun yerli və beynəlxalq tərəfdaşlarının təbrik müraciətləri nümayiş olunub.
Gənclər Fondunun 10 illik yubileyi münasibəti ilə təşkil edilən tədbir çərçivəsində media nümayəndələrinin iştirakı ilə mətbuat üçün brifinq təşkil edilib. Brifinqdə Gənclər Fondunun 10 il ərzində görülən işlər haqqında ictimaiyyətə geniş məlumat verilib.
Qeyd olunub ki, dövlət başçısının göstərişi ilə Gənclər Fondu gənclərə təhsil, məşğulluq və təcrübə, beynəlxalq təmsilçilik, asudə vaxtın səmərəli təşkili, fərdi inkişaf, ideyaların reallaşdırılması və digər sahələrdə dəstək alətləri təqdim edir.
Fəaliyyət dövründə Fond tərəfindən gənclər və gənclər təşkilatlarının 5 minə yaxın yerli və beynəlxalq layihəsi maliyyələşdirilmiş, ümumilikdə bu layihələrdən ölkə üzrə 500,000 nəfərdən çox gəncin yararlanmışdır. Bundan başqa, müsabiqə əsasında ölkə üzrə ali və orta ixtisas təhsil müəssisələrində təhsil alan 1190 istedadlı tələbənin təhsil xərci qarşılamış, 47 nəfər gəncin isə xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində magistr pilləsi üzrə təhsilini dəstəkləmişdir. Bununla yanaşı, 332 nəfər gəncin beynəlxalq tədbirlərdə iştirakının təmin edildiyi və 48 gəncin isə xarici ölkələrdə yerləşən beynəlxalq təşkilatlarda Fond vasitəsilə təcrübə keçdiyi qeyd edilib.
Hesabat dövrü ərzində Fond tərəfindən gənclərin inkişafına yönəlik unikal layihələr həyata keçirilmişdir. Belə ki, “Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində hər il ölkənin 100-ə yaxın ucqar kəndlərində on minlərlə gəncə dövlət başçısının həyata keçirdiyi gənclər siyasətinin imkanlarının çatıdırılması, onların bilik və bacarıqlarının inkişaf etdirilməsi, asudə vaxtının səmərəli təşkili, dövlətçilik və vətənpərvərlik hisslərinin daha da artırılması istiqamətində iş aparılmışdır. 2019 və 2021-ci illərdə müvafiq olaraq, Qusar və Şamaxı rayonlarında təşkil olunan “YAYFEST” çadır düşərgələri minlərlə gəncin asudə vaxtının səmərəli keçirilməsinə, onların fərdi inkişaf və sosiallaşmasına xidmət etmişdir. Gənclərin intellektual inkişafının dəstəklənməsi məqsədilə keçirilən “İntelektual klubların Gənclər Kuboku”nda ölkəmizin müxtəlif bölgələrindən olan minlərlə gənc yarışıb.
Könüllü hərəkatının dəstəklənməsi və inkişaf etməsi Fondun xüsusi prioritet istiqamətlərindən biridir. Belə ki, 2018-ci ildən etibarən hər il beynəlxalq könüllülük günü (5 dekabr) ərəfəsində könüllü təşkilatları və hərəkatlarının iştirakı ilə “Könüllü həftəsi” keçirilmişdir. Bununla yanaşı, könüllülərin dövlət başçısının çağırışına cavab olaraq, pandemiya dövründə dövlət qurumları ilə çiyin-çiyin COVİD-19 virusu ilə mübarizə layihələri Fond tərəfindən yaxından dəstəklənmişdir.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 1 oktyabr, 2019-cu il tarixli Sərəncamına uyğun olaraq, ölkənin 55 şəhər və rayonunda Fondun nəzdində fəaliyyət göstərən Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəlikləri açılmışdır. Nümayəndəliklərdə son iki il ərzində 200 mindən çox gənc müxtəlif mövzularda təlimlər və layihərə cəlb edilmişlər.
Fond Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən mütərəqqi dövlət gənclər siyasətinin tələblərinə uyğun olaraq öz fəaliyyətinin təkmilləşdirilməsi, gənclər üçün əlçatanlığın artırılmasına xüsusi diqqət yetirməkdədir və bu məqsədlə innovativ kommunikasiya vasitələrini tətbiq edir. Belə ki, “GencAPP” adlı mobil tətbiq vasitəsilə, gənclər Fondun, eləcə də digər dövlət qurumları və gənclər təşkilatlarının proqram və layihələri barədə məlumat almaqla yanaşı, onlara birbaşa müraciət etmək imkanı əldə edirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
- 4 gün sonra
- 4 gün sonra
-
-
12 d. əvvəl
Çinli avtomobil nəhəngi GAC, 2027-yə qədər Avropada satışlarını 17 dəfə artırmağı hədəfləyir
-
27 d. əvvəl
Yeni iPhone-ların Azərbaycanda satışa çıxacağı tarix məlum olub
-
51 d. əvvəl
Hesablama Palatası Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyində ciddi maliyyə nöqsanları aşkar edib
-
1 saat əvvəl
Dövlət satınalmaları 57 faiz, kotirovka sorğusu üzrə satınalmalar 2 dəfədən çox artıb
-
1 saat əvvəl
Macarıstan "Shell" ilə 10 illik qaz tədarükü müqaviləsi imzalayıb
-
1 saat əvvəl
"Botaş" və BP arasında LNG tədarükü haqqında üçillik müqavilə bağlanıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İsrailin Qətərə hücumu və sanksiyalar barədə xəbərlər neftin qiymətini yüksəldib
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

İri şəbəkəyə satıcı - kassirlər tələb olunur

Çinli avtomobil nəhəngi GAC, 2027-yə qədər Avropada satışlarını 17 dəfə artırmağı hədəfləyir


Yeni iPhone-ların Azərbaycanda satışa çıxacağı tarix məlum olub

Rəsmi məzənnələr açıqlandı

"Facility Management Group" şirkəti şəhid və qazi övladlarına məktəb ləvazimatları hədiyyə edib
Ən çox oxunanlar

Apple-ın səhmləri iPhone 17-lərin təqdimatından sonra ucuzlaşıb

Apple iPhone 17 təqdim edildi - İndiyədək buraxılmış ən nazik iPhone

İsrail Qətərin paytaxtına hücuma görə məsuliyyəti öz üzərinə götürüb

AYNA Bakı aeroportu ərazisinə daxil olan taksilərlə bağlı məsələyə münasibət bildirib

20 milyon manatlıq dövlət istiqrazlarına 141 milyon manatlıq sifariş

Duz gölünə çirkab su axıdanlar cərimələnəcək

Növbəti 4 gündə güclü külək əsəcək - XƏBƏRDARLIQ

Uşaqların sağlam gələcəyi üçün – PAŞA Həyat və Kaspi Kids birlikdə
