Zelenski əmlakın və aktivlərin müsadirə edilməsi haqqında qanunu imzalayıb
Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatına dəstək verən şəxslərin əmlakının və aktivlərinin müsadirə edilməsi haqqında qanunu imzalayıb.
Marja.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Aparatının saytında məlumat dərc olunub.
“Qanun fiziki və ya hüquqi şəxsə məxsus aktivlərin, o cümlədən birbaşa və ya dolayısı ilə sərəncam verə biləcəyi aktivlərin dövlətin balansına keçirilməsi şəklində yeni sanksiyalar növü müəyyən edir”, – məlumatda bildirilir.
Söhbət Rusiyanın fevralın 24-də Ukraynada başladığı "xüsusi hərbi əməliyyata" bu və ya digər şəkildə dəstək verən şəxslər və şirkətlərdən gedir.
Ali Radanın deputatları bu qanun layihəsini aprelin 21-də qəbul ediblər.
Qanunda qeyd olunur ki, dövlət gəlirləri üçün əmlakın müsadirəsi “müstəsna xarakter daşıyır və yalnız öz hərəkətləri ilə Ukraynanın milli təhlükəsizliyi, suverenliyi və ya ərazi bütövlüyü üçün mühüm təhlükə yaradan fiziki və hüquqi şəxslərə şamil edilə bilər”. Müsadirə yalnız hərbi vəziyyət dövründə tətbiq oluna bilər, o şərtlə ki, sanksiyaya məruz qalmış fiziki və ya hüquqi şəxsin əmlakına artıq həbs qoyulmuş olsun.
Müsadirə ilə bağlı qərarı Ali Antikorrupsiya Məhkəməsi çıxarmalıdır.
Bu qanunun tətbiqinə əsas verən hərəkətlərin siyahısı təxminən 30 bənddən ibarətdir. Onların arasında Ukraynanın milli təhlükəsizliyinə və onun suverenliyinə əhəmiyyətli zərər vurmaq, bu cür hərəkətləri maliyyələşdirmək, o cümlədən ianə toplamaq, “təcavüzkar ölkənin qiymətli kağızlarına investisiya qoymaq” v s. yer alır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
8 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
8 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
8 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
10 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 10 saat əvvəl
-
10 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




















.jpg)





