"Aeroflot tezliklə bəzi təyyarələri ehtiyat hissələri üçün sökməyə başlaya bilər"
Rusiyanın "Aeroflot" aviaşirkəti ehtiyat hissələrinin çatışmazlığı səbəbindən üç ay ərzində bəzi təyyarələri ehtiyat hissələri üçün sökməyə başlaya bilər.
Marja.az xəbər verir ki, bu barədə bazar günü ekspert hesablamalarına istinadən "Boomberg" məlumat yayıb.
Agentlik yazır: "Şirkətin 350-dən çox təyyarəsinin əksəriyyəti Airbus və Boeing modelləridir. Daşıyıcı gözlənilən ehtiyat hissələri çatışmazlığı ilə üz-üzədir. Mütəxəssislər aviaşirkətin inventarının üç ay ərzində kifayət edəcəyini hesablayırlar, bundan sonra şirkət, bir sıra təyyarəni hissələr üçün sökməyə başlaya bilər".
Nəşrin fikrincə, xaricdən gətirilən modellərin Rusiya istehsalı olan təyyarələrlə əvəzlənməsi qıtlığı kompensasiya edə bilməyəcək.
ABŞ-ın birtərəfli sanksiyaları ilə əlaqədar aprelin 7-də Aeroflotun mətbuat xidmətinin verdiyi məlumata görə, şirkət uçuş proqramına uyğun olaraq fəaliyyətini davam etdirir. Mətbuat xidməti daşıyıcının istənilən şəraitdə işləyəcəyini vurğulayıb.
Aprelin 7-də ABŞ Ticarət Departamenti Aeroflot, Utair və Azur Air şirkətlərini nəinki ABŞ-dan məhsul almaq imkanından məhrum edib, həm də digər ölkələrdən Amerika mallarının təkrar ixracını qadağan edib. Sanksiyaların müddəti 180 gündür və uzadıla bilər. Fevralın 24-də ABŞ Rusiyaya aviasiya məhsullarının ixracına məhdudiyyətlər qoyub. ABŞ-da istehsal olunan və ya Amerika istehsalı olan hissələrin 25% -dən çoxunu ehtiva edən bütün təyyarələrin Rusiya və ya Belarusa çatdırılması planlaşdırılırsa xüsusi lisenziya alınmlıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
8 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
8 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
8 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
10 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 10 saat əvvəl
-
10 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




















.jpg)





