Səudiyyə Ərəbistanı OPEC+ ilə Rusiyanı da əhatə edəcək saziş hazırlaya biləcəyinə ümid edir
Səudiyyə Ərəbistanının energetika naziri şahzadə Əbdüləziz bin Salman Əl Səud Financial Times-a bildirib ki, sanksiyaların təzyiqinə baxmayaraq Səudiyyə Ərəbistanı OPEC+ ilə Rusiyanı da əhatə edəcək saziş hazırlaya biləcəyinə ümid edir.Səudiyyə Ərəbistanı sanksiya təzyiqinə baxmayaraq, OPEC+ ilə Rusiyanın da daxil olacağı razılaşma təmin etməyə ümid edir.
Marja.az xəbər verir ki, bunu bazar günü Financial Times-a müsahibəsində Krallığın energetika naziri şahzadə Əbdüləziz bin Salman Əl Səud deyib.
Nəşrin yazdığına görə, Ər-Riyad “OPEC+ ilə, Rusiyanı da əhatə edəcək saziş hazırlamağa” ümid edir. Eyni zamanda, nazir vurğulayıb ki, dünya istehsalçıların belə birliyinin əhəmiyyətini yüksək qiymətləndirməlidir.
Nazir qeyd edib ki, hazırkı şəraitdə bazarlarda hökm sürən ümumi qeyri-müəyyənliyi nəzərə alaraq yeni sazişin dəqiq necə ola biləcəyi barədə danışmaq hələ tezdir, lakin əlavə edib ki, “əgər tələbat olarsa” OPEC+ hasilatı artıra bilər.
“Son üç ildə bütün dünyada neft emalı zavodları gücünü təxminən 4 milyon barel itirib ki, bunun da 2,7 milyonu yalnız koronavirusun başlaması ilə baş verib”, - deyə o, yanacağın bahalaşmasını şərh edərək əlavə edib.
Energetika naziri qeyd edib ki, siyasət OPEC+-dan ayrılmalıdır və alyans gələcəkdə koronavirus məhdudiyyətləri və təchizat zənciri problemləri kimi qlobal çağırışlarla bağlı qeyri-müəyyənlik fonunda “nizamlı düzəlişlər” etmək üçün lazım olacaq.
OPEC+ sazişi 2016-cı ilin sonunda bağlanıb və 2017-ci ildən fəaliyyət göstərir. 2020-ci ilin may ayından etibarən müqavilə yenilənmiş formada fəaliyyət göstərir və 2022-ci ilin sonuna qədər qüvvədə olacaq. Sazişdə iştirak edən ölkələrin nazirləri müntəzəm görüşlərində növbəti dövr üçün neft hasilatının səviyyələrini müəyyən edirlər. OPEC+-nın ən böyük üzvləri Rusiya və Səudiyyə Ərəbistanıdır ki, onlar birlikdə alyansın hasilatının yarısını təşkil edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
8 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
8 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
8 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
10 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 10 saat əvvəl
-
10 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)





