Almaniyada dünyanın ən bahalı avtomobili satılıb - QİYMƏT
1955-ci ilin Mercedes-Benz 300 SLR modeli Almaniyada keçirilən hərracda rekord qiymətə - 135 milyon avroya satılıb.
Marja.az xəbər verir ki, hərrac mayın 5-də Ştutqartdakı Mercedes-Benz Muzeyində baş tutub.
Nadir avtomobil dünyada indiyə qədər satılan ən bahalı avtomobil olub.
Mercedes-Benz 300 SLR-in satış ıqiyməti, 2018-ci ildə 48,4 milyon dollara satılan 1962 Ferrari 250 GTO-nun rekordundan 90 milyon avrodan çox yüksəkdir.
Mercedes-Benz 300 SLR 1955-ci ildə Rudolf Uhlenhout-un rəhbərlik etdiyi şirkətin yarış departamenti tərəfindən hazırlanmış iki prototipdən biridir və avtomobil mühəndisliyi və dizaynının ən gözəl nümunələrindən biri hesab olunur. Avtomobil 290 km/saat sürətə çatır ki, bu da onu o dövrdə istehsal edilən ən sürətli avtomobillərdən birinə çevirmişdi.
Təşkilatçıların sözlərinə görə, əldə olunan vəsait gənclərə ekologiya elmi sahəsində təhsil və tədqiqat təqaüdü verəcək “Mercedes-Benz Fondu”nun yaradılmasına sərf olunacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
10 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 6 saat sonra
-
- 15 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 17 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb

























