"Azərbaycan heç bir ölkədən almadığı rüsumu yalnız bizdən alır"
Ukrayna-Rusiya müharibəsindən sonra Türkiyə TIR-larının Rusiyaya çatış müddəti bir həftədən bir aya qədər uzanıb. Türk TIR-ları Azərbaycandan keçməklə çarəni tapıb. Lakin Azərbaycanın hər TIR-dan 700 dollar rüsum tələb etdiyini deyən daşıyıcılar, bu ödənişin yalnız Türkiyədən alınmasına etiraz edirlər.
Rusiya-Ukrayna müharibəsindən əvvəl 7 gün ərzində Rusiyaya çatan Türkiyənin yük maşınları müharibə başlayandan sonra bir aya çata bilirlər. Bu səbəbdən Türkiyənin yük maşınlarının 70 faizi Azərbaycana üz tutub. Bu, hər yük maşını üçün 700 dollar əlavə xərc yaradıb.
Marja.az Türkiyə mətbuatına istinadən xəbər veirrki, Beynəlxalq Nəqliyyatçılar Assosiasiyasının İdarə Heyətinin üzvü Abdullah Özer bildirib: “Biz Azərbaycandan rüsum almadığımız halda, Azərbaycan heç bir ölkədən almadığı rüsumu yalnız bizdən alır. Xərclərimizi artıran bu vəziyyət bizi digər ölkələrin daşıyıcıları ilə rəqabətdə uduzdurur. Xarici dövlət nömrə nişanlı avtomobillər daha ucuz gedib-gəldikəri üçün ixrac mallarımızı onlar daşıyırlar”.
Abdullah Özer əlavə edib:
“Gürcüstan-Rusiya sərhədində Rusiya hakimiyyətinin ayrı-seçkilik əməlləri ilə üzləşdiyimizdən Rusiya-Azərbaycan sərhədindən istifadə etmək istədik. Azərbaycan isə heç bir ölkədən almadıqları rüsumu bizdən almağı tələb edir.
2021-ci ilin iyununda dedilər ki, rüsumları ləğv edəcəyik, parlamentimizdən qanun çıxmasını gözləyirik, amma öyrəndik ki, qanun heç vaxt məclisdə olmayıb. Qardaş bir ölkə bizə bunu edir, başa düşmürük”.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 saat sonra
-
-
10 d. əvvəl
Azərbaycandan Efiopiyaya genişmiqyaslı biznes səfər təşkil olunacaq
- 17 d. əvvəl
- 52 d. əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Prezident İlham Əliyev Kopenhagendə Niderlandın Baş naziri ilə görüşüb
-
15 saat əvvəl
15000-dən çox ticarət məhsulu, 6 ticarət platforması, 24/7 müştəri dəstəyi
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

İrşad-da 3-5 oktyabrda "Yaşıl Cümə" başlayır

Azərbaycandan Efiopiyaya genişmiqyaslı biznes səfər təşkil olunacaq

Rəsmi məzənnələr açıqlandı

Almaniya şirkəti SOCAR-dan əlavə qaz almaq istəyir - GÖRÜŞ

İlham Əliyevin Emmanuel Makron ilə görüşü olub
Ən çox oxunanlar

Əliyevin Zelenski ilə görüşü olub

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Mərkəzi Bankın sədri Zakir Nuriyevi qəbul edib, 65 illik yubileyi münasibətilə təbrik edib

"Bolt Food" Azərbaycanın daha 2 şəhərində xidmət göstərməyə başlayıb

BOKT Qazaxda filialını açır
