Borrell: “Rusiya neftinə embarqo ilə bağlı Aİ-nin mövqeyi dəyişməyəcək”
Rusiya neftinə qarşı embarqo ilə bağlı Avropa İttifaqının mövqeyi dəyişməyəcək.
Bunu Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borell Aİ Xarici İşlər Nazirləri Şurasının iclasından əvvəl Kanada xarici işlər naziri ilə birgə jurnalistlərə açıqlamasında deyib.
“Biz bu müharibənin dünyanın hər bir nöqtəsinə təsir edən nəticələrindən çox narahatıq. Qiymətlərin artması, ərzaq çatışmazlığı ilə əlaqədar biz iqtisadi böhranla üzləşə bilərik. Ona görə də biz səylərimizi gücləndirməli və birləşdirməliyik. Rusiya Ukraynanın taxıl ixrac etməsinə, beynəlxalq bazara çıxmasına imkan vermir”, - Borell bildirib.
Cozep Borrell jurnalistin Macarıstanın Aİ-nin Rusiya neftinə sanksiyasına etirazı ilə bağlı sualını da cavablandırıb:
“Bilirsiniz, biz 27 ölkəyik, mən bu 27 ölkəni inandırmalıyam. Bu ölkələrin arasında elələri var ki, digərlərindən problemləri daha çoxdur. Bu da əslində obyektiv vəziyyətdir. Bu ölkələr daha çox asılıdır və embarqo tətbiq olunacağı təqdirdə bu ölkələr daha çox problemlərlə üzləşəcək. Çünki bu ölkələrin bəzilərinin dənizə çıxışı yoxdur ki, tankerlərlə neft qəbul etsinlər, onların yalnız quru yolu ilə Rusiyadan gələn boru kəmərləri var və bu boru kəmərləri ilə neft idxal edirlər. Bütün bunları yaxşı müzakirə edəcəyik və vəziyyətdən çıxmağa çalışacağıq. Düşünmürəm ki, bizim bu məsələ ilə bağlı mövqeyimiz dəyişsin, çünki qətiyyətliyi, güclüyük, lakin eyni zamanda, başa düşürük ki, müəyyən xüsusi hallar var. Biz bu vəziyyətdən ənənəvi yolla, müzakirə edərək həll yolu taparaq çıxmağa çalışacağıq. Mənim rolum kimisə günahlandırmaq deyil, konsensus yaratmaqdır”.
KREDİTİ ONLAYN əldə et – 20 000 AZN-dək, 0% komissiya
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
10 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
10 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
10 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
12 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 12 saat əvvəl
-
12 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)




