Çində sənaye və pərakəndə satışda kəskin azalma
2021-ci ildə Çində sənaye istehsalının həcmi 9,6% artıb.
Aprel ayında Çində epidemiyaya qarşı sərt tədbirlər sənaye və pərakəndə satış göstəricilərinin kəskin azalmasına səbəb olub. Tədbirlər məşğulluğa da öz təsirini göstərib.
Marja.az xəbər verir ki, Çində epidemiya tədbirləri çərçivəsində bir çox fabrik istehsalı dayandırmalı və istehlakçılar evdə qalmalı olan aprel ayında sənaye istehsalı və pərakəndə satışda kəskin azalma müşahidə edildib.
Aprel ayında sənaye istehsalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,9 faiz azalıb. İqtisadçılar sənaye istehsalında 0,5 faiz artım gözləyirdilər.
Eyni dövrdə pərakəndə satışlar 11,1% azalıb. Bu məlumat üçün gözlənti 6,6% azalma idi.
İşsizlik səviyyəsi də 6,1 faizə yüksəlib. İqtisadçılar bu dövrdə ölkədə işsizliyin 6 faiz olacağını proqnozlaşdırmışdılar.
İqtisadçılar məlumatlara dair qiymətləndirmələrində məlumatların Şanxayda və ölkənin digər bölgələrində bağlanmanın təsirlərini əks etdirdiyini söyləyiblər. İqtisadçılar epidemiya tədbirlərinin gözlənildiyindən daha geniş və dərin təsir göstərdiyini bildiriblər. İqtisadçıların fikrincə, məlumatlar bu il üçün gözləniləndən daha dərin bir yavaşlamaya işarə edir.
XXX
Yanvar-aprel aylarında Çinin iri sənaye müəssisələrinin məcmu məhsulu illik 4% artıb. Marja.az xəbər verir ki, bu barədə bazar ertəsi Çin Xalq Respublikasının Dövlət Statistika İdarəsi məlumat yayıb.
Hsabatdan məlum olur ki, bu göstəricinin artım tempi yanvar-mart ayları ilə müqayisədə 2,5 faiz bəndi azalıb.
Çində sənaye istehsalının həcmi 2019-cu ildə 5,7%, 2020-ci ildə cəmi 2,8%, keçən il isə 9,6% artıb.
Çindəki iri sənaye şirkətləri bir il ərzində gəlir və xərclərdə müsbət fərq 20 milyon yuanı (təxminən 3 milyon dollar) keçən kommersiya təşkilatlarıdır.
Yanvar-aprel aylarında kənd təsərrüfatı təsərrüfatları istisna olmaqla, Çin kommersiya təşkilatlarının əsas kapitalına investisiyalar illik müqayisədə 6,8% artaraq 15,35 trilyon yuana (2,26 trilyon dollardan çox) çatıb, Dövlət Statistika İdarəsi bildirib.
Əsas kapitala daşınmaz əmlak və istehsal avadanlıqları, qiymətli kağızlara investisiyalar, patentlər və lisenziyalar daxildir.
Hesabata görə, dörd ayda Çinin kənd təsərrüfatı müəssisələrinə investisiya qoyuluşu 5,8% artıb. Sənayedə bu göstərici 12,6%, xidmət sektorunda 4,3% artıb.
Sənəddən belə görünür ki, müvafiq dövrdə yüksək texnologiyalı istehsala investisiyalar 25,9 faiz, elm tutumlu xidmət sektoruna 13,2 faiz artıb.
Çin müəssisələrinin əsas kapitalına investisiyalar 2019-cu ildə 5,4%, 2020-ci ildə 2,9% azalıb, keçən il isə 4,9% artaraq 54,45 trilyon yuana (təxminən 8,56 trilyon dollar) çatıb.
Yanvar-aprel aylarında Çində istehlak malları və xidmətlərin pərakəndə satışı illik müqayisədə 0,2% azalaraq 13,81 trilyon yuan (cari məzənnə ilə 2,03 trilyon dollar) təşkil edib.
Müştərilərin xəbərləri

Mələk İnvestorlar Məktəbi — Azərbaycanda yeni nəsil investor mədəniyyətinin formalaşması üçün platforma
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 saat əvvəl
- 1 gün əvvəl
-
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Kristal" "City Garden Narimanov"da yenidən daxili krediti aktivləşdirdi!
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər

Azercell “CyberCell Hackathon”a start verir

Həyəcan zirvədə - 2-ci avtomobil sahibinə təhvil verildi!

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Bank of Baku istehlak kreditləri üzrə TOP 3-də yerləşdi!

"Kapital Bank"ın cəmi kredit portfeli 5 milyard manatı aşıb
Ən çox oxunanlar

Milyarder Cef Bezosdan 2045 proqnozu

Sabah Bakıda bal yarmarkası fəaliyyətə başlayır

Türkiyə Lirəsi ardıcıl 4-cü gündür ucuzlaşır - DOLLAR/TL YENİ ƏN YÜKSƏK SƏVİYYƏSİNƏ ÇATIB

Avrozonada inflyasiya hədəfin üzərinə yüksəlib

"Azəristiliktəchizat" Asiya İnkişaf Bankı ilə gələcək inkişaf strategiyası hazırlayır

BOKT 16 faizlə borc alır - HƏRRAC TARİXİ

ABB-nin dəstəyi ilə “EY İlin İş Adamı” müsabiqəsi başlanır

Türkiyənin tekstil və geyim sektorunda 316 min nəfər işdən çıxarılıb
