Dəniz doldurularaq inşa edilmiş hava limanının neçəyə başa gəldiyi açıqlanıb
Türkiyənin dəniz doldurularaq inşa edilmiş ikinci hava limanı olan Rizə-Artvin Hava Limanının Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın və Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə açılışı keçirilib.
Marja.az xəbər verir ki, 3 milyon kvadratmetr sahədə inşa edilmiş Rize-Artvin Hava Limanı 45 metr enində və 3000 metr uzunluğunda uçuş-enmə zolağı ilə bölgənin hava nəqliyyatı ehtiyaclarını qarşılayacaq.
2017-ci il aprelin 3-də təməli qoyulan hava limanının illik sərnişin gücü 3 milyon nəfərdir. Qabaqcıl mühəndislik texnologiyaları ilə tikilən hava limanı 32 min kvadratmetrlik terminal binası və digər köməkçi binaları ilə ümumi 47 min kvadratmetr qapalı sahəyə malikdir.
Türkiyə mətbuatında hava limanının dəyərilə bağlı müxtəlif rəqəmlər yer alır. Bir məlumata görə, hava limanının dəyərinin 1,7 milyard Türk Lirəsini (cari məzənnə ilə 110 milyon dollar) keçdiyi təxmin edilir. Digər bir məlumata görə, Türkiyənin Nəqliyyat və İnfrastruktur Naziri Adil Karaismailoğlu Rizə Artvin Hava Limanının investisiya dəyərinin 4,5 milyard lirə (cari məzənnə ilə 290 milyon dollar) olduğunu bildirib və bu vəsait tamamilə dövlət büdcəsindən xərclənib.
Rize-Artvin Hava Limanı dənizi dolduraraq inşa edilən Türkiyənin 2-ci, dünyanın isə 5-ci hava limanıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
7 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)










.jpg)





