Samsung çip qiymətlərini artırmağa hazırlaşır
Bildirilir ki, ötən il qlobal çip böhranı zamanı nisbətən sabit qiymət siyasəti yürüdən Samsung, qiymətlərini 15-20 faiz artırmağa hazırlaşır.Samsung-un xammal və maya dəyərinin artması səbəbindən qiymətləri artıran sənaye şirkətlərinə qoşularaq çip qiymətlərini 20 faizə qədər artırmağı planlaşdırdığı bildirilir.
Marja Bloomberg -ə istinadən xəbər verir ki, çiplərdə məhsulun növündən asılı olaraq 15-20 faiz artım gözlənilir. Artan qiymətlər ilin ikinci yarısından qüvvəyə minəcək.
Bildirilir ki, Samsung-un artım qərarı, keçən il qlobal çip böhranından sonra sənayenin əhəmiyyətli bir hissəsinin qiymətləri artırmasına baxmayaraq, nisbətən daha sabit qiymət siyasətinə sahib olan şirkət üçün əhəmiyyətli dəyişiklik deməkdir.
Şirkət son vaxtlar Ukraynadakı müharibə, Çindəki bağlanmalar, artan kredit faizləri və inflyasiya kimi bir çox makro risklərlə üzləşib. Bu, növbəti bir neçə il üçün planlaşdırılan biznes üçün əhəmiyyətli maneədir.
Smartfon, avtomobil və oyun konsolu istehsalçıları kimi bir çox sektorda olan şirkətlərin qiymət təzyiqini daha çox hiss edəcəyi və bunu son istehlakçıya əks etdirəcəyi gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
8 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
9 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
9 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
10 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 11 saat əvvəl
-
11 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























