Azərbaycan hava limanlarında sərnişin axını təxminən bir milyon nəfərə çatıb
Azərbaycanın beynəlxalq hava limanları ilin əvvəlindən ümumilikdə 900 minə yaxın sərnişinə xidmət göstərib. Bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə təxminən iki dəfə çoxdur.
Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, 2022-ci ilin aprel ayında sərnişin axını 247,5 min nəfər təşkil edib ki, onların 197 min nəfəri paytaxt hava limanı vasitəsilə uçan və ya gələn sərnişinlərin payına düşür.
Bakı hava limanının əsas aviadaşıyıcıları olan “AZAL” və “Buta Airways” aviaşirkətləri - müvafiq olaraq 350 və 114 min sərnişin daşımışdır ki, bu da ümumilikdə xidmət göstərilən sərnişinlərin ümumi payının 51% - ni təşkil edir.
2022-ci ilin aprel ayında 23 xarici aviaşirkət Bakı hava limanına müntəzəm uçuşlar həyata keçirib. Aviadaşıyıcıların sayının azalması Rusiya aviaşirkətlərinin Azərbaycana uçuşlar həyata keçirməsinin dayandırılması ilə bağlıdır.
Aprel ayında Bakıdan ən populyar istiqamətlər onluğuna İstanbul, Moskva, Dubay, Tbilisi, Minsk, Ankara, İzmir, Frankfurt, Əbu-Dabi və Aktau şəhərləri daxil olublar.
Heydər Əliyev Beynəlxalq Aeroportu (IATA: GYD) —sərnişin və yük daşımalarının həcmi, uçuş-enmə əməliyyatları, aerovağzal kompleksinin sahəsi və yük kompleksinin buraxılış gücünə görə Azərbaycanın və regionun ən böyük hava limanıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
2 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır
















.jpg)







