Türkiyə vətəndaşlığını almaq üçün daşınmaz əmlakın məbləği artırıldı - ƏRDOĞAN SƏRƏNCAM İMZALADI
Türkiyə vətəndaşlığına qəbul şərtləri dəyişdi. Türkiyə Respublikası vətəndaşlığına keçid üçün tələb olunan 250 min dollar məbləğində daşınmaz əmlakın alınması tələbi artırılaraq 400 min dollara yüksəldilib.Əcnəbilər ən azı 400 min dollar dəyərində daşınmaz əmlak aldıqları təqdirdə müstəsna qaydada Türkiyə vətəndaşlığını ala biləcəklər.
Marja.az xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın izaladığı müvafiq sərəncam cümə günü hökumətin “Resmi Gazete” qəzetində dərc olunub.
Sənədə əsasən, qərar bir aydan sonra qüvvəyə minəcək.
Hazırda Türkiyə vətəndaşlığını almaq üçün 250 min dollar dəyərində daşınmaz əmlak almaq lazımdır. Bu qanun 2010-cu ilin fevralından qüvvədədir.
Başqa bir dəyişikliklə, özəl pensiya sisteminə ən azı 500 min dollar məbləğində töhfə ilə daxil olan və sistemdə 3 il qalan əcnəbilərə də Türkiyə vətəndaşlığı veriləcək.
Alınan əmlakın limitinin artırılması ilə bağlı qərarı Türkiyə hökuməti aprelin ortalarında qəbul edib. Eyni zamanda qeyd edilib ki, əldə etdikləri daşınmaz əmlakın müqabilində Türkiyə vətəndaşlığı üçün müraciət edən əcnəbilərdən ən azı üç il müddətində onu satmamaq tələb olunacaq.
Keçən il maliyyə bazarlarındakı volatillik səbəbindən Türkiyədə əcnəbilər arasında əmlaka tələbat artıb. "Knight Frank" konsaltinq şirkətinin məlumatına görə, 2021-ci ildə dünya mənzil qiymətləri indeksində aparıcı şəhərlər siyahısına İstanbul, Ankara və İzmir daxil edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
8 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
8 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
8 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
10 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 10 saat əvvəl
-
10 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























