Yaponiya Rusiyaya yüksək texnologiyalı avadanlıqların, o cümlədən 3D printerlərin ixracını qadağan edir
Tədbir mayın 20-dən qüvvəyə minəcək.Yaponiya Ukrayna ətrafında yaranmış vəziyyətlə əlaqədar Rusiyaya ixracı qadağan edilən mal və texnologiyaların siyahısını genişləndirir.
Marja-nın məlumatına görə, bu barədə Yaponiya İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyi məlumat yayıb. Siyahıya 3D printerlər və kvant hesablama avadanlığı da daxil olacaq.
Ümumilikdə, yenilənmiş sənəddə 14 yeni məhsul qrupu var.
Qadağan olunmuş mal və texnologiyaların yeni siyahısına yarımkeçirici və elektrik keçirici polimerlər, diodların istehsalı üçün avadanlıqlar, kvant texnologiyaları ilə bağlı cihazlar, o cümlədən fotodetektorlar və s. daxil edilib. Təchizat qadağası ölkə hökuməti tərəfindən təsdiqlənib və mayın 20-dən qüvvəyə minəcək.
Yaponiya əvvəllər Ukrayna ətrafındakı vəziyyətlə əlaqədar Rusiya Federasiyasına qarşı bir neçə məhdudiyyət paketi qəbul edib.
İxracına qadağa qoyulan mal və texnologiyaların siyahısına 300-dən çox adda, o cümlədən yarımkeçiricilər, dəniz və aviasiya təhlükəsizliyi üçün avadanlıqlar, telekommunikasiya avadanlıqları, rabitə vasitələri, hərbi təyinatlı məhsullar, o cümlədən silahlar, proqram təminatı, neft emalı avadanlığı daxildir. Bundan əlavə, Rusiyaya dəbdəbəli malların, o cümlədən dəyəri 6 milyon yen (təxminən 49 min dollar) olan avtomobillərin tədarükünə qadağa qoyulub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
8 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
8 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
8 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
10 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 10 saat əvvəl
-
10 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)




