"Avropanın bəzi ölkələri Rusiya neftinə embarqonun təxirə salınmasına razılıq verib" - Bloomberg
Agentliyin məlumatına görə, Macarıstanın iqtisadiyyatına böyük ziyan vuracağını söyləyən tədbirlərin tətbiqinin gecikdirilməsi dəstəklənir.Avropa İttifaqının bəzi ölkələri Macarıstanın embarqoya dəstəyini qazana bilməsələr, Rusiya neftinin idxalına qoyulan qadağanı bir müddət təxirə salmaq ehtimalına açıqdırlar.
Marja.az xəbər verir ki, bu barədə cümə axşamı mənbələrə istinadən Bloomberg məlumat yayıb.
Məlumata görə, Macarıstan iqtisadiyyatına böyük ziyan vuracaq Rusiyanın neft sektoruna qarşı tədbirlərin tətbiqinin təxirə salınması ideyası Avropa İttifaqının bəzi ölkələri tərəfindən dəstəklənir. Bir sıra üzv ölkələr hesab edir ki, daha mübahisəli sanksiyaların təxirə salınması, konsensusun olduğu sanksiyaların qəbulunu sürətləndirə bilər.
Agentlik vurğulayır ki, bununla belə, belə hərəkətlərin zəiflik əlaməti kimi qəbul oluna biləcəyini düşünən tərəflər də var.
Daha əvvəl bildirilmişdi ki, Avropa İttifaqı ölkələri Rusiya neftinin idxalına embarqo qoyulması ilə bağlı razılığa gələ bilməyib, belə ki, bəzi ölkələr, xüsusən də Macarıstan Rusiyadan neftin mərhələli şəkildə imtina edilməsi üçün təklif edilən tədbirlərdən narahat olduqlarını bildiriblər.
Mayın 4-də Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen Rusiya Federasiyasına qarşı Rusiya neftinin tədarükünə embarqonu ehtiva edən altıncı sanksiyalar paketini elan edib. Onun sözlərinə görə, AK altı ay ərzində Rusiyadan Avropa ittifaqına xam neft idxalına və 2023-cü ildə neft məhsullarının idxalına qadağa qoyulmasının tərəfdarıdır. Bundan əlavə, AK Macarıstan və Slovakiyaya 2024-cü ilin sonuna qədər Rusiya neftini almağa icazə verməyi təklif edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
8 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
8 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
8 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
10 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 10 saat əvvəl
-
10 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























