ABŞ Energetika Nazirliyi neftin qiymətilə bağlı proqnozunu cüzi azaldıb
ABŞ Energetika Departamenti Brent markalı neftin 2022-ci il üçün qiymət proqnozunu bir barel üçün 103,35 dollara endirib. Agentlik ölkədə gündəlik neft hasilatı proqnozunu da 100 min barel azaldıb.
ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyasının (EIA) hesabatına əsasən, ABŞ Energetika Nazirliyi 2022-ci ildə Brent markalı neftin qiyməti ilə bağlı proqnozunu cüzi azaldıb - bir barel üçün 103,37 dollardan 103,35 dollara endirib.
Mara xəbər verir ki, Agentlik Brent markalı neftin qiymətinin 2022-ci ilin ikinci rübündə orta hesabla 107 dollar/barelə, ilin ikinci yarısında isə 103 dollar/barelə düşəcəyini gözləyir.
“Biz 2023-cü ildə “Brent”in orta qiymətinin 97 dollar/barelə düşəcəyini gözləyirik”, - deyə hesabatda bildirilir.
WTI markalı xam neftin qiyməti 2022-ci ildə 98,2 dollar/barel, 2023-cü ildə isə 93,2 dollar/barel səviyyəsində proqnozlaşdırılır.
Bununla yanaşı, departament bu qiymət proqnozunun “yüksək qeyri-müəyyən” olduğunu vurğulayır.
"Neft qiymətləri Rusiyaya qarşı sanksiyaların onun hasilat səviyyəsinə və Rusiya neftinin dünya bazarına tədarük həcminə necə təsir edəcəyindən asılıdır", ABŞ Energetika Nazirliyi izah edir.
Bununla yanaşı, departament vurğulayır ki, hazırkı proqnoz Avropa İttifaqı ölkələrinin Rusiyadan neft tədarükünə embarqo tətbiq etməmişdən əvvəl verilib. “Bununla belə, embarqo çox güman ki, bizim proqnozlaşdırdığımızdan daha qıt neft bazarına və daha yüksək qiymətlərə gətirib çıxaracaq”, - ABŞ Energetika Nazirliyinin ekspertləri etiraf edirlər.
Bundan əlavə, ABŞ Energetika Nazirliyi 2022-ci ildə ABŞ-da gündəlik neft hasilatı proqnozunu 100 min barel azaldaraq, sutkada 11,91 milyon barrelə endirib. 2023-cü ildə gözlənilən hasilat həcmi də 100 min barel azaldılaraq günlük 12,85 milyon barelə düşüb.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

Wolt artıq Qəbələ və Xankəndidə – rahat və sürətli çatdırılma xidməti daha iki yeni şəhərdə istifadədə!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 16 d. əvvəl
- 46 d. əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanın dövlət borcunda 2026-da yenidən artım gözlənilir
-
2 saat əvvəl
Nestlé satışların zəifləməsi fonunda 16 min iş yerini ixtisar edəcək
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
“AS Group” “Dayanıqlı İnkişaf Naminə Ağıllı və Yaşıl Həllər” mövzusunda beynəlxalq konfrans keçirib
- 17 saat əvvəl
Son Xəbərlər

Azərbaycanın xarici ticarətində mənfi vəziyyət

Qeyri-vergi gəlirləri 2025-də pikə çatdıqdan sonra aşağı düşəcək - Vergi gəlirləriı üzrə kəskin artım nəzərdə tutulur

Azərbaycanın 2026–2029-cu illər üzrə dövlət büdcəsi proqnozları: gəlirlər artacaq, xərclər yüksələcək

Azərbaycanın dövlət borcunda 2026-da yenidən artım gözlənilir

Rəsmi məzənnnələr açıqlandı

Kredit şirkəti illik 15 faizlə 2 milyon manat borc alır

“AS Group” “Dayanıqlı İnkişaf Naminə Ağıllı və Yaşıl Həllər” mövzusunda beynəlxalq konfrans keçirib
Ən çox oxunanlar

Dövlət bankı “Azər-Türk Bank” maliyyə vəziyyətini açıqladı

21 bank mənfəət açıqladı - SİYAHI

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Bakı Ali Neft Məktəbi və “PAŞA Kapital” anlaşdı
