Ukrayna hökuməti növbəti dövlət müharibə istiqrazlarını buraxıb
Ukrayna Milli Bankı (NBU) 30 milyard qrivna (təxminən 1 milyard dollar) dəyərində daha bir hərbi istiqraz buraxılışını alıb. Bu barədə çərşənbə axşamı maliyyə tənzimləyicisinin mətbuat xidməti məlumat yayıb.
"2022-ci il mayın 9-da Ukrayna Milli Bankı 30 milyard UAH dəyərində hərbi istiqrazları əldə edib. Əhəmiyyətli müdafiə, humanitar və sosial ehtiyacları nəzərə alaraq, milli bankın büdcə dəstəyi zəruri tədbir olaraq qalır", - tənzimləyicinin saytında deyilir. .
Ukrayna hökuməti ölkədə elan edilmiş hərbi vəziyyət şəraitində xərclərin maliyyələşdirilməsi üçün bu növ qiymətli kağızları buraxır. Eyni zamanda, NBU vurğulayıb ki, tənzimləyicinin dəstəyi Nazirlər Kabinetinin xərclərinin maliyyələşdirilməsinin əsas mənbəyi ola bilməz.
Ukraynanın baş naziri Denis Şmıqal fevralın 25-də bildirib ki, ölkənin Nazirlər Kabineti mərhələli şəkildə 400 milyard qrivnaya (təxminən 13,5 milyard dollar) qədər hərbi istiqrazlar buraxmaq qərarına gəlib. Martın 8-də NBU-nun idarə heyəti 20 milyard qrivna (675 milyon dollar) dəyərində dövlət müharibə istiqrazlarını almışdır. Bunun üçün Ali Rada Ukrayna Milli Bankı haqqında qanunun dövlətə kredit verilməsini qadağan edən maddəsinin fəaliyyətini dayandırıb. Aprelin 13-də tənzimləyici 20 milyard qruivna istiqrazları aldığını elan edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
8 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
8 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
8 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
10 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 10 saat əvvəl
-
10 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




















.jpg)





