Rusiya iqtisadiyyatının bu il 12% çökəcəyi gözlənilir
Bloomberg Rusiya Maliyyə Nazirliyinin 1994-cü ildən bəri ən pis tənəzzülü gözlədiyini öyrənib. Agentliyinin məlumatına görə, Rusiya Maliyyə Nazirliyinin daxili proqnozu 2022-ci ildə ölkənin ÜDM-nin 12% azalacağını nəzərdə tutur.
Bloomberg agentliyi yazır ki, Rusiya Maliyyə Nazirliyi Qərbin sanksiyalarının güclənməsi fonunda ölkə iqtisadiyyatında son 30 ildə ən dərin enişi gözləyir.
Marja.az xəbər verir ki, mənbələrin məlumatına görə, Maliyyə Nazirliyi 2022-ci ildə Rusiyanın ümumi daxili məhsulunun (ÜDM)n 12% azalacağına inanır. Bu, iqtisadiyyatın 12,6% çökdüyü 1994-cü ildən bəri ən ciddi eniş olacaq.
Bloomberg-in həmsöhbətlərindən biri qeyd edir ki, Maliyyə Nazirliyinin proqnozu özünü doğrultsa, bu, son on ildəki iqtisadi artımı siləcək.
BCS-nin baş iqtisadçısı Natalya Lavrova bildirib ki, Rusiya iqtisadiyyatının çöküşünə əsasən neft tədarükünə qadağa, Aİ-nin Rusiya qazından imtinası, həmçinin xarici şirkətlərin ölkəni tərk etmələri təsir göstərir. Onun fikrincə, yalnız cari sanksiyalar nəzərə alınarsa, Rusiya iqtisadiyyatının azalması 2022-ci ildə 10,8%, 2023-cü ildə isə təxminən 5% ola bilər.
Aprelin 29-da Rusiya Mərkəzi Bankı sərt sanksiyalar qarşısında Rusiya iqtisadiyyatının çöküşünün "dərinliyi ilə" bağlı ilk rəsmi proqnozunu verib. Mərkəzi Bank 2022-ci ildə real ÜDM 8-10%, 2023-cü ildə 0-3% azalacağını gözləyir. İqtisadi artımın yalnız 2024-cü ildə (2,5-3,5%) yaranacağı proqnozlaşdırılır.
"S&P Global Market Intelligence" analitiklərinin fikrincə, Rusiya iqtisadiyyatını 2021-ci il səviyyəsinə qaytarmaq üçün on il vaxt lazımdır. Onlar göləyirlər ki, 2022-ci ildə ölkənin ÜDM-i 11,1%, 2023-cü ildə 1,9% azalacaq, 2024-cü ildə isə 1,6% artacaq.
XXX
"Bloomberg-də dərc olunan Rusiyanın iqtisadiyyatının 2022-ci ilin sonuna kimi 12% azala biləcəyi ilə bağlı məlumat həqiqətə uyğun deyil", Rusiya Federasiyası Maliyyə Nazirliyi bildirib.
Müştərilərin xəbərləri

Mələk İnvestorlar Məktəbi — Azərbaycanda yeni nəsil investor mədəniyyətinin formalaşması üçün platforma
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 saat əvvəl
-
5 saat əvvəl
"Kristal" "City Garden Narimanov"da yenidən daxili krediti aktivləşdirdi!
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Türkiyə Lirəsi ardıcıl 4-cü gündür ucuzlaşır - DOLLAR/TL YENİ ƏN YÜKSƏK SƏVİYYƏSİNƏ ÇATIB
- 7 saat əvvəl
Son Xəbərlər

Mələk İnvestorlar Məktəbi — Azərbaycanda yeni nəsil investor mədəniyyətinin formalaşması üçün platforma

“PAŞA Bank” digər banklarda depozitlərini kəskin artırıb

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Bank of Baku istehlak kreditləri üzrə TOP 3-də yerləşdi!

Milyarder Cef Bezosdan 2045 proqnozu

Sabah Bakıda bal yarmarkası fəaliyyətə başlayır
Ən çox oxunanlar

Türkiyə Lirəsi ardıcıl 4-cü gündür ucuzlaşır - DOLLAR/TL YENİ ƏN YÜKSƏK SƏVİYYƏSİNƏ ÇATIB

Avrozonada inflyasiya hədəfin üzərinə yüksəlib

"Azəristiliktəchizat" Asiya İnkişaf Bankı ilə gələcək inkişaf strategiyası hazırlayır

BOKT 16 faizlə borc alır - HƏRRAC TARİXİ

ABB-nin dəstəyi ilə “EY İlin İş Adamı” müsabiqəsi başlanır

Türkiyənin tekstil və geyim sektorunda 316 min nəfər işdən çıxarılıb

Qırmızı Ürəklər Fondu və Cüdo Federasiyası əməkdaşlığa başladı
