Borrell Ukraynanı bərpa etmək üçün Rusiyanın dondurulmuş ehtiyatlarını istifadə etməyi təklif etdi
Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi vurğulayıb ki, Ukraynanın bərpasının maliyyələşdirilməsi məsələsi əsas məsələlərdən biridir.
Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrell bildirib ki, Aİ ölkələri Ukraynanın yenidən qurulmasına yönəltmək üçün Rusiyanın dondurulmuş valyuta ehtiyatlarını istifadə etməyi nəzərdən keçirməlidir.
Marja.az xəbər verir ki, bu barədə siyasətçinin bazar ertəsi dərc olunan Financial Times-a müsahibəsində deyilir.
Avropa diplomatiyasının rəhbəri qeyd edib ki, ABŞ əvvəllər Əfqanıstan mərkəzi bankına məxsus milyardlarla dollarlıq aktivlərə nəzarəti ələ keçirib. Bu vəsaitlər ilə terror qurbanlarına potensial təzminat ödəniləcək, eləcə də ölkəyə humanitar yardım göstərilləcək. Rusiyanın ehtiyatları üzrə də oxşar addımları nəzərdən keçirmək olar.
"Mən lehinə səs verərdim, çünki bu, çox məntiqlidir", - Borrell nəşrə deyib.
O vurğulayıb ki, cəlb edilməli olan “inanılmaz miqdarlarla pul” nəzərə alınmaqla, Ukraynanın yenidən qurulmasının maliyyələşdirilməsi məsələsi əsas siyasi məsələlərdən biridir. Aİ rəsmiləri artıq Rusiyanın ehtiyatlarının hansısa şəkildə Ukraynanın bərpası üçün istifadə oluna biləcəyini araşdırıblar.
Bundan əvvəl Rusiya Federasiyası Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina Qərbin sanksiyaları nəticəsində Rusiyanın 300 milyard dollara yaxın qızıl-valyuta ehtiyatlarının dondurulduğunu bildirmişdi.
Qərb ölkələri,Ukraynanı işğal etməyə başlayandan sonra Rusiya Bankına qarşı sanksiyalar tətbiq edib. Rusiya Federasiyasının qızıl-valyuta ehtiyatlarının dondurulması ilə yanaşı, Mərkəzi Bankın ehtiyatlarının və aktivlərinin idarə edilməsi ilə bağlı bütün əməliyyatlar, habelə onun adından fəaliyyət göstərən hər hansı hüquqi şəxs, təşkilat və ya orqanla əməliyyatlar qadağa olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
4 d. əvvəl
Temperatur enəcək, yağış yağacaq, leysan olacaq - XƏBƏRDARLIQ
-
16 d. əvvəl
"Bu emissiya Bank of Baku-nun güclü imicini ortaya qoydu" - MÜSAHİBƏ
-
-
1 saat əvvəl
Qatar ilə Gəncə–Mingəçevir–Ağstafa marşrutu üzrə sərnişin daşımalarına başlanılır - QİYMƏTLƏR
-
1 saat əvvəl
Sabahdan Bakı-Ağdam müntəzəm avtobus reysi işə düşəcək - Gediş haqqı qiyməti məlum oldu
-
1 saat əvvəl
Azərbaycanda 2027-ci ilədək 8 günəş və külək stansiyaların istismara verilməsi planlaşdırılır
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
“Azərbaycan Dəmir Yolları” işçilərin ixtisarı ilə bağlı xəbərlərə aydınlıq gətirdi
-
3 saat əvvəl
AccessBank-dan “Sərbəst depozit”: Yüksək gəlir və tam sərbəstlik!
-
3 saat əvvəl
“Eurolux” mağazalar şəbəkəsinin rəhbəri dələduzluqla üzləşib
Son Xəbərlər

Temperatur enəcək, yağış yağacaq, leysan olacaq - XƏBƏRDARLIQ

"Bu emissiya Bank of Baku-nun güclü imicini ortaya qoydu" - MÜSAHİBƏ

Sentyabrın 26-da gözlənilən hava şəraiti

AccessBank-dan “Sərbəst depozit”: Yüksək gəlir və tam sərbəstlik!
Ən çox oxunanlar

“Eurolux” mağazalar şəbəkəsinin rəhbəri dələduzluqla üzləşib

"Sahil" metrostansiyasının yaxınlığında yeni stansiya inşa ediləcək

"Port Baku"nun yanında metro stansiyası olacaq

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
