OPEC+ ölkələri iyun ayı üçün neft hasilatı planı ilə bağlı razılığa gəliblər
Növbəti OPEC+ görüşü iyunun 2-də baş tutacaqOPEC+ nazirlərinin görüşü başa çatıb, alyans ölkələri iyun ayında neft hasilatını sutkada 432 min barel artırmaq planına əməl etmək qərarına gəliblər.
Marja xəbər ki, alyans ölkələri iyun ayında hasilat səviyyəsini ümumilikdə sutkada 432 min barel artırmaq barədə razılığa gəliblər.
Görüş zamanı OPEC+ nazirləri geosiyasi amillərin və pandemiyanın neft bazarına davam edən təsirinə diqqət çəkiblər.
İyun ayı hasilat cədvəlinə əsasən, Rusiya və Səudiyyə Ərəbistanı iyunda neft hasilatını hər biri sutkada 114 min barel artıraraq 10,663 milyon barelə qədər artıra biləcək. Alyans ölkələrində neft hasilatının ümumi səviyyəsi sutkada 42,558 milyon barelə qədər yüksələ bilər.
Növbəti OPEC+ görüşü iyunun 2-də baş tutacaq.
“OPEC plus”un iyun üzrə qərarı Azərbaycanda gündəlik 695 min barrel hasilatı nəzərdə tutur
Energetika Nazirliyinin yaydığı məlumatda bildirilir ki, neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 28-ci iclasında gündəlik neft hasilatının iyunda 432 min barrel artırılması ilə bağlı qərara Azərbaycan da öz dəstəyini ifadə edib.
İyun ayı üzrə müəyyənləşdirilmiş kvotalara uyğun olaraq Azərbaycanda gündəlik xam neft hasilatının 7 min barrel artırılaraq 695 min barrelə çatdırılması, ixtisarla bağlı öhdəliyin isə 23 min barrel həcmində olması nəzərdə tutulur.
Xatırladaq ki, “OPEC plus” ölkələri nazirlərinin ötən ilin iyul ayında keçirilmiş 19-cu iclasında qəbul edilmiş qərara əsasən gündəlik xam neft hasilatının baza səviyyəsinə qismən düzəlişlər edilməklə artımı 2022-ci ilin may ayından tətbiq edilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
10 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
10 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
10 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
12 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 12 saat əvvəl
-
12 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb






















.jpg)





