"Bakı Fond Birjası" mənfəətdən zərərə keçib
"Bakı Fond Birjası" QSC 2021-ci ili 270 min manat xalis zərər ilə başa vurub. Halbuki, Birja 2020-ci ili 826 min manat xalis mənfəət ilə bağlamışdı. Ötənilki zərərin səbəbləri gəlirlərin azalması ilə bərabər, bir sıra xərclərin artmasıdır.
Marja.az xəbər verir ki, 2020-ci ildə "Bakı Fond Birjası"nın əqdlər üzrə tarif gəlirləri 1 milyon 983 min manat ikən, 2021-ci ildə 1 milyon 796 min manat təşkil edib.
Digər xidmət gəlirləri 2020-ci ildəki 215 min manatdan 2021-ci ildə 89 min manata geriləyib.
“Bakı Fond Birjası” 23 oktyabr 1997-ci il tarixində təsis edilmiş və fəaliyyət göstərir. Cəmiyyətin əsas fəaliyyəti Azərbaycan Respublikası daxilində bütün növ qiymətli kağızlarla ticarət əməliyyatlarının təşkil edilməsidir. Cəmiyyət Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (“QKDK”) verdiyi lisenziya əsasında 2000-ci ilin iyul ayından etibarən fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
-
6 d. əvvəl
Azercell Azərbaycanda ISO/IEC 27701:2019 beynəlxalq sertifikatını əldə edən ilk şirkət oldu
- 47 d. əvvəl
-
1 saat əvvəl
Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti daha 1 il uzadılır
-
2 saat əvvəl
Azərbaycanın xaricə fındıq satışından gəliri artıb - 171 MİLYON DOLLARA YAXIN QAZANC
-
2 saat əvvəl
“Meqa Sığorta”nın İdarə Heyətinin sədr müavini vəzifəsindən ayrılıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
S&P: Azərbaycan bankları 2026-cı ildə dayanıqlılığını qoruyacaq
-
3 saat əvvəl
Vaxtında uçota durmayan “Classnet” internet provayderi cərimələndi
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Dünyanın ən çox qazanan futbol komandaları açıqlanıb
S&P: Azərbaycan bankları 2026-cı ildə dayanıqlılığını qoruyacaq
Ən çox oxunanlar
Vaxtında uçota durmayan “Classnet” internet provayderi cərimələndi
Azərbaycan neftinin son qiyməti
İrşad-da “ŞAD Günlər” başladı!
İpoteka ilə, yoxsa daxili hissəli ödənişlə ev almaq? Planlı maliyyə və uzunmüddətli güvən modeli hansıdır?
Azərbaycana pomidor ixracından daxil olan valyuta 10 faizə yaxın artıb - 192,5 MİLYON DOLLARLIQ İXRAC
Rəsmi məzənnələr açıqlandı
Swissôtel & Raffle Residences – Sea Breeze-də premium yaşayış imkanı





















